DataLife Engine > MANŞET > Alternativsiz namizədlər ... - Siyahı

Alternativsiz namizədlər ... - Siyahı


16-09-2015, 22:59. Yerləşdirdi: Tural Alternativsiz namizədlər ... - Siyahı

Dünən hakim YAP parlament seçkiləri ilə bağlı namizədlər siyahısını açıqladıqdan sonra seçkiqabağı mühitdə gözlənilən canlanma başlayıb.

“Xalqinfo” xəbər verir ki, dünənə qədər YAP-ın siyahısını gözləyən bir çox nüfuzlu şəxslər, eyni zamanda hazırda parlamentdə təmsil olunan bitərəflər və partiya sədrləri artıq bu gündən iddialarını açıqlamağa başlayıblar. Onlar hansı dairədən namizəd olduqlarını açıqladıqca mənzərə tam müəyyənləşir.
Belə ki, həmin şəxslərin o dairələrdən deputat seçiləcəyi heç kimdə şübhə doğurmur. Baxmayaraq ki, bu dairələrin əksəriyyətindən YAP-ın namizədi irəli sürülsə də, onlar prinsipial namizədlər deyil və siyahıda əsas şəxslər hesab olunmurlar. Sonrakı mərhələdə həmin şəxslərin namizədliklərini geri götürəcəkləri və ya seçkidə üçüncü, dördüncü yerdə qərarlaşacaqları gözlənilir.

Artıq “Qafqazinfo” belə dairələrin bir çoxundan kimlərin namizəd olacağını dəqiqləşdirib. Əksəriyyəti hazırda təmsil olduğu dairədən təkrar namizəd olacaq həmin şəxslərin siyahısını təqdim edirik:

1. Sabir Rüstəmxanlı – 72 saylı Masallı-Yardımlı seçki dairəsindən.
2. Əliağa Hüseynov – 50 saylı Salyan seçki dairəsindən.
3. Fəttah Heydərov – 116 saylı Qəbələ seçki dairəsindən.
4. Hacı Madər Musayev – 10 saylı Binəqədəsi üçüncü seçki dairəsi.
5. Adil Əliyev – 20 saylı Nərimanov ikinci seçki dairəsindən.
6. Rasim Musabəyov - 18 saylı Nərimanov-Nizami seçki dairəsindən.
7. Fəzail Ağamalı - 60 saylı Salyan-Neftçala seçki dairəsindən.
8. Çingiz Qənizadə - 80 saylı İmişli-Beyləqan seçki dairəsindən.
9. İqbal Ağazadə - 35 saylı Xətai üçüncü seçki dairəsindən.
10. Fazil Mustafa - 26 saylı Sabunçu birinci seçki dairəsindən.
11. Qüdrət Həsənquliyev - 7 saylı Ordubad-Culfa seçki dairəsindən.
12. Ziyad Səmədzadə - 23 saylı Nəsimi-Səbail seçki dairəsindən.
13. Jalə Əliyeva - 92 saylı Zərdab-Uicar seçki dairəsindən.
14. Asim Mollazadə - 22 saylı Nəsimi ikinci seçki dairəsindən.
15. Səttar Mehbalıyev – 3 saylı Babək Kəngərli seçki dairəsindən.
16. Azər Kərimli – 112 saylı Qax seçki dairəsindən.
17. Vahid Əhmədov – 52 saylı Quba seçki dairəsindən.
18. Cavanşir Feyziyev – 115 saylı Şəki kənd ikinci seçki dairəsindən.
19. İlyas İsmayılov – 106 saylı Tovuz-Qazax-Ağstafa seşki dairəsindən.
20. Zeynəb Xanlarova – 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsindən.
21. Sahib Alıyev – 95 saylı Tərtər seçki dairəsindən.
22. Əli Məsimli - 114 saylı Şəki kənd birinci seçki dairəsindən
23. Qənirə Paşayeva -105 saylı Tovuz seçki dairəsindən
24. Rüfət Quliyev- 73 saylı Lənkəran seçki dairəsi
25. Flora Qasımova- 122 saylı Xankəndi seçki dairəsi
Geri qayıt