DataLife Engine > MANŞET > “YAP-ın parlament seçkilərində böyük uğur qazanması üçün obyektiv şərtlər mövcuddur”

“YAP-ın parlament seçkilərində böyük uğur qazanması üçün obyektiv şərtlər mövcuddur”


18-08-2015, 17:26. Yerləşdirdi: Tural “YAP-ın parlament seçkilərində böyük uğur qazanması üçün obyektiv şərtlər mövcuddur”
“Azərbaycanda Milli Məclisə keçiriləcək seçkilərə hazırlıq işləri yekunlaşmaq üzrədir”.

Yeni Azərbaycan Partiyasından (YAP) APA-ya verilən məlumata görə, bunu partiyanın sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov Qəbələdə Şəki-Zaqatala bölgəsi üzrə Mərkəzi Seçki Qərargahının müşavirəsində deyib.

Ə. Əhmədov bildirib ki, YAP-ın bütün yerli strukturları və fəalları hazırlıq prosesinə fəal cəlb olunub: “Artıq bütün rayon və şəhər təşkilatlarında YAP-ın Mərkəzi Seçki Qərargahının şöbələri yaradılıb. Burada partiyanın fəalları, seçki təcrübəsi olan insanlar fəaliyyət göstərirlər. YAP-ın parlament seçkilərində böyük uğur qazanması üçün obyektiv şərtlər mövcuddur.

Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan islahatların, nəhəng quruculuq işlərinin uğurlu nəticələri, yekunda isə Azərbaycan vətəndaşının günü-gündən yüksələn sosial durumu, əhalinin rifahının yüksəlməsi, iqtisadiyyatın dinamik inkişafı, bölgələrin sosial-iqtisadi inkişafı, Azərbaycanın beynəlxalq müstəvidə imicinin artması və s. partiyamızın qələbəsini şərtləndirən əsas amillərdəndir”.

Müşavirədə Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov da çıxış edib
Geri qayıt