DataLife Engine > MANŞET > Kılıçdaroğlu azərbaycanlı iş adamıyla bağlı önəmli faktları açıqladı

Kılıçdaroğlu azərbaycanlı iş adamıyla bağlı önəmli faktları açıqladı


6-05-2014, 19:56. Yerləşdirdi: Tural Kılıçdaroğlu azərbaycanlı iş adamıyla bağlı önəmli faktları açıqladı
Türkiyə Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu Rza Zərrabla bağlı önəmli faktları açıqlayıb.


“Xalqinfo” “Axar.az”a istinadən xəbər verir ki, CXP-nin iclasında bu ölkənin 4 sabiq naziri ilə bağlı müzakirələr aparılıb.

İclas zamanı Rza Zərrabla bağlı məsələlərdən də danışılıb. Kılıçdaroğlu dövlətə vergi verənlərin siyahısında Rza Zərrabın adının olmadığını deyib: "Rza Zərrab Türkiyə büdcəsinin çatışmayan məbləğini ödədiyini deyirdi. Siyahıda adı varmı? Amma gözəl bir iş gördüm. Zərrabın ortaq olduğu şirkətlərin nə qədər vergi verdiyini ortaya çıxardım".

Kılıçdaroğlu həmin şirkətlərin dövlətə ödədiyi vergi siyahısını elan edib:

Royal Dənizçilik: 7 milyon TL.

Royal Holding: 360 TL.

Volga Qida: 1 milyon 300 min TL.

Safir Qızıl: 1 milyon 900 min TL.

Kroyal mebel: 0

Arca Otelçilik: 0

Aviasiya şirkəti: 0

Kılıçdaroğlu bu sadalanan şirkətlərin vergi ödədiyini, ancaq vergi dairəsində nə qədər ödəməli olduqlarından xəbərsiz olduqlarını bildirib.
Geri qayıt