» » Parlamentin yaz sessiyasının işlər planı təsdiqlənib

Parlamentin yaz sessiyasının işlər planı təsdiqlənib

Bölmə: MANŞET
Parlamentin yaz sessiyasının işlər planı təsdiqlənib
Parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin 2022-ci il yaz sessiyasının qanunvericilik işlər planı müzakirə edilib.

"Report"un xəbərinə görə, qanunvericilik işləri planına daxil edilən qanun layihələri aşağıdakılardır:

1. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri

2. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin tövsiyələri nəticəsində hazırlanmış qanun layihələri

3. “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi

4.” Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi

5. “Lombardlar haqqında” qanun layihəsi

6. “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi

7. “Ali təhsil haqqında” qanun layihəsi

8. “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi

9. “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi

10. Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi haqqında qanun layihələri.

Müzakirələrdən sonra Milli Məclisin 2022-ci il yaz sessiyasının qanunvericilik işlər planı səsverməyə çıxarılaraq təsdiqlənib.

Şərh Yaz