İlham Əliyev Allahşükür Paşazadəyə “Heydər Əliyev” ordeni təqdim etdiBölmə: MANŞET
![]() Noyabrın 14-də Bakıda Dünya dini liderlərinin II Sammiti işə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sammitdə iştirak edirlər. "Xalqinfo" xəbər verir ki, Prezidentin Mətbuat Xidmətinin məlumatına görə, əvvəlcə birgə foto çəkdirilib. Sammit müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev Sammitdə nitq söyləyib. Sonra Prezident İlham Əliyevin Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncamı oxunub. Dövlət başçısı İlham Əliyev “Heydər Əliyev” ordenini Şeyxülislam Allahşükür Paşazadəyə təqdim edib. Qeyd edək ki, Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70 illiyi ilə bağlı yubiley tədbirləri çərçivəsində keçirilən Sammitdə müxtəlif ölkələrin siyasi, ictimai, elm və din xadimləri, beynəlxalq təşkilatların nümayəndələri, dini konfessiya və təriqət liderləri iştirak edirlər. Azərbaycan dövlətinin qlobal müstəvidə dinlərarası dialoqun inkişafına, qarşılıqlı anlaşma və insani həmrəylik kimi bəşəri dəyərlərin təşviqi və təkamülünə öz töhfəsini vermək məramı ilə ev sahibliyi etdiyi Dünya dini liderlərinin II Bakı Sammiti Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan və həyata keçirilən “Bakı Prosesi”, “Multikulturalizm” və “İslam Həmrəyliyi” illəri çərçivəsində təşkil olunmuş beynəlxalq tədbirlərin, o cümlədən Dünya dini liderlərinin I Bakı Sammitinin, habelə Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrin genişlənməsinə, qarşılıqlı etimad mühitinin yaradılması işinə töhfələrinin məntiqi davamıdır. İkigünlük Sammitdə “Multikulturalizm, tolerantlıq və dinlərarası həmrəyliyin təşviqində Azərbaycan dövlətinin nümunəvi rolu”, “Şeyxülislam Allahşükür Paşazadənin dini rəhbər və ictimai xadim kimi sivilizasiyalararası və dinlərarası əməkdaşlığın inkişafına töhfəsi”, “Dini liderlər terrorizm, təcavüzkarlıq, ksenofobiya, islamofobiya, antisemitizm və xristianofobiya əleyhinə”, “Qadın və uşaq haqlarının qorunması, gənclərin maarifləndirilməsində dini liderlərin, dövlət, elm və ictimai xadimlərin birgə fəaliyyətinin əhəmiyyəti” mövzuları ətrafında müzakirələr aparılacaq. Sammitin yekunlarına dair Bakı Bəyannaməsi qəbul olunacaq. Xatırladaq ki, Prezident İlham Əliyev bu il aprelin 11-də Dünya dini liderlərinin II Bakı Sammitinin keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb. Xalqinfo.az |
XƏBƏR LENTİ
16.12.19 14:13 | Zelenski bu gün Bakıya gəlir
16.12.19 13:59 | “İlham Əliyevlə də danışdım, məni gözləyir”
16.12.19 11:16 | Nazirlikdən pensiyaçılara xəbərdarlıq!
16.12.19 10:49 | Bakıda qəbiristanlıqlara nəzarət edən məmur öldü
16.12.19 09:51 | “İlham Əliyevlə də danışdım, məni gözləyir”
15.12.19 17:53 | İradə Cavadova namizədliyini irəli sürdü - Foto
15.12.19 17:18 | İsa Məlikov Ukraynada qəzaya düşdü - Fotolar
15.12.19 15:24 | Harvarda qəbul olunan Nigar tanınmış komandirin qızıdır
15.12.19 14:37 | DİN-dən həbs edilən polkovniklə bağlı - Açıqlama
15.12.19 14:05 | Milli Şura" acı məğlubiyyət yaşamamaq üçün seçkiləri boykot edib - Deputat Elman Nəsirov
15.12.19 12:39 | Qarabağı Ermənistan ərazisi kimi göstərən qlobus məktəblərimizdə
- Böyük biabırçılıq
- Böyük biabırçılıq
15.12.19 11:17 | Cəbhə xəttində gərginlik: Atəşkəs 21 dəfə pozuldu
15.12.19 09:39 | Polkovnik xuliqanlıq ittihamı ilə həbs olundu
15.12.19 07:31 | Azərbaycanlı tələbə Türkiyədə binadan yıxılıb öldü
14.12.19 21:48 | Mixail Zabelin yenidən Azərbaycan Rus İcmasının sədri seçildi
14.12.19 20:47 | FHN yanğınla bağlı məlumat yaydı
14.12.19 18:07 | Sudanın sabiq prezidentinə hökm oxundu
14.12.19 18:00 | Türkiyə parlamentinin erməni millət vəkili “soyqırımı” rədd etdi
14.12.19 17:58 | Bazar gününün havası: 13 dərəcə isti olacaq
14.12.19 17:41 | 71 nəfərin namizədliyi təsdiq olundu
14.12.19 17:39 | İlham Əliyevdən təbrik məktubu
|