» » İsveçrə generalını və cəbhəçi Fuad Qəhrəmanlını birləşdirən dəyər

İsveçrə generalını və cəbhəçi Fuad Qəhrəmanlını birləşdirən dəyər

Bölmə: MANŞET
 İsveçrə generalını və cəbhəçi Fuad Qəhrəmanlını birləşdirən dəyər


Qadına şiddətlə bağlı İsveçrədə tarixə keçən belə bir olay baş verib. Bir neçə il öncə İsveçrə ordusunun komandanı zorla istefaya göndərildi. Səbəb? O, mübahisə zəminində xanımına şillə vurmuşdu. Xanım da bu məsələni gündəmə gətirdi...

Xeyli müzakirələr getdi. Bir tərəf dedi ki, bəli, general xanımına əl qaldırmaqda haqlı deyil. Ancaq bunun hərbi xidmətə nə dəxli var? O, hərbçi kimi öz yerindədir, öz işini də yüksək səviyyədə həyata keçirir...

Digər qrup isə məsələni belə qoydu: General dərhal getməlidir. Çünki orduda insanlar xidmət edir. Təbii ki, belə yüksək səlahiyyətə malik birisi onu tənqid etməyə qalxana da şillə ilişdirər. Belə aqressiv adam insanlarla işləyə bilməz, beləsi tabeliyində olanlara da zülm edəcək...

Nəsə... generalı yola saldılar, getdi...

İsveçrədə belədir. Qadına əl qaldırmaq cəmiyyətə və mövcud dəyərlərə üsyan kimi dəyərləndirilir və belələri ciddi təpki ilə üzləşir...

Bu barədə araşdırma yazı da hazırlamışdım. İsveçrədə şiddətlə üzləşən qadınların bir müddət yaşaması üçün xüsusi evlər var və o evlərin yerini yalnız polis bilər...

Təkcə qadınlar deyil, uşaqlara da əl qaldırmaq, yolverilməzdir. Əgər uşaq məktəbdə müəllimlərə desə ki, məni evdə döyürlər, məsələ bitdi. Dövlət uşağı səndən alacaq. Heç gözünün yaşına da baxmayacaq. Və dövlət o uşağı bəy balası kimi saxlayacaq. İsveçrə dövləti belə şeylərdə son dərəcə səxavətlidir. Ağlınız Allahın ümidinə qalan kimsəsiz uşaq evlərinə getməsin...

Fuad Qəhrəmanlı məsələsinə qayıdıram...

Əgər biz Qərb dəyərlərini Azərbaycan üçün örnək olmasını istəyiriksə və bu istiqamətdə mübarizə aparırıqsa onda bu olayı şiddətlə qınamaq lazımdır. Yox əgər bizim üçün "Ölülər"dəki dəyərlər daha doğmadırsa, onda Fuad Qəhrəmanlını alqışlamaq gərəkir...

Seçim bu qədər bəsit...

Bu məsələnin ictimai müzakirəsi zamanı cəbhəçilərin bir çoxu özünü tində sallağı oturan davakar cocuqlar kimi aparır. Mənə görə, belə təfəkküründə olanlara siyasi arenada yer olmamalıdır...

YAP iqtidarı barədə dəfələrlə ən kəskin tənqidləri yazmışam. Ancaq bu heç də o demək deyil ki, biz sizin sərsəm hərəkətinizə məhz elə bu səbəbdən dolayı bəraət qazandırmalıyıq. AXCP və onun üzvləri özlərini cəmiyyətə proqressiv dəyərlərin daşıyıcısı kimi təqdim etməlidir. Ancaq bu təqdimat görüntü üçün olmamalıdır...

Mən Azərbaycanda Qərb dəyərlərinin tərəfdarıyam, YAP-ın yaramaz hərəkətlərini də, AXCP-nin bu kimi qeyri-insani davranışlarını da rədd edirəm...

Mənə görə, siyasətlə kübar adamlar məşğul olmalıdır. Siyasət müvazinətini tez itirən adamların işi deyil...

Sonda onu deyim ki, Selcan Yağmur təkcə Fuad Qəhrəmanlını deyil, həm də AXCP-ni diri-diri basdırdı. İqtidarın diz çökdürə bilmədiyi təşkilatı gənc bir qızın etirafı bitirdi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler