» » Fransada G7 sammiti işə başlayır

Fransada G7 sammiti işə başlayır

Bölmə: MANŞET
Fransada G7 sammiti işə başlayır




Bu gün Fransanın Biariç şəhərində "Böyük yeddilər"in (G7) sammiti işə başlayacaq.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Məlumata görə, şənbə günü axşam Fransa prezidenti Emmanuel Makron ABŞ, Kanada, İtaliya, Yaponiya, AFR və Böyük Britaniyanın liderlərini qarşılayacaq. Danışıqlara işçi şam yeməyi ilə start veriləcək.

Qeyd edilir ki, dövlət və hökumət başçıları qeyri-rəsmi formada onları ən çox maraqlandıran problemlərin müzakirəsinə başlayacaqlar. Bazar günü isə sammit tam formatdə işə başlayacaq.

Qeyd edək ki, birlik 1975-ci ildə yaradılıb. Onun təşəbbüskarı Fransa olub. Birliyin əsas müzakirə mövzuları ətraf mühitin müdafiəsi, iqlim dəyişikliyi, dünyada bərabərsizliklə mübarizə olub

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler