» » İlqar Məmmədovun partiyasına görə MSK İşçi Qrupu yaradıb

İlqar Məmmədovun partiyasına görə MSK İşçi Qrupu yaradıb

Bölmə: MANŞET
İlqar Məmmədovun partiyasına görə MSK İşçi Qrupu yaradıb





Aprelin 9-da Mərkəzi Seçki Komissiyasının iclası olub. İclasda bir sıra məsələlərə baxılıb. MSK-dan verilən məlumata görə, iclasda Mərkəzi Seçki Komissiyası Respublikaçı Alternativ təşəbbüs qrupunun (REAL) Milli Məclisə təqdim etdiyi imzalar məsələsi müzakirə edilib.

MSK-nın katibi Arifə Muxtarova qurumun iclasında bildirib ki, Milli Məclis martın 19-da MSK-ya müraciət edib. MSK isə bir neçə qanun layihəsi ilə bağlı REAL-ın Milli Məclisə təqdim etdiyi 41 500 imzanın yoxlanılması üçün İşçi Qrupu yaradıb. İşçi Qrupu imzaların düzgünlüyünü və seçki yaşına çatmış Azərbaycan vətəndaşlarına aid olub-olmamasını yoxlayacaq. İşçi Qrupunun tərkibinə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri və Daxili İşlər Nazirliyinin mütəxəssisləri yer alacaq.

MSK üzvü Etibar Əliyev İşçi Qrupunun əlaqələndiricisi təyin olunub. Proses yekunlaşdıqdan sonra İşçi Qrupunun rəyləri və protokolu Milli Məclisə göndəriləcək.

Qeyd edək ki, ReAL Partiyası 40 min imza kampaniyasına başlayıb. 2018-ci ilin 19 noyabrından pulsuz ali təhsil, seçkili mer və devalvasiya itkilərinin əvəzlənməsi haqqında qanun layihələrinin dövlətə təqdim olunması üçün Konstitusiyanın 96-cı maddəsinə uyğun olaraq lazım olan 40 min imza toplamağa başlamışdı.

MSK-nın iclasında siyasi partiyaların illik maliyyə hesabatı təqdim etmələri məsələsi barədə də vəziyyət açıqlanıb. MSK katibi Mikayıl Rəhimov bildirib ki, Azərbaycanda 55 siyasi partiya var, 12 siyasi partiya 2018-ci il üzrə maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına təqdim etməyib. Həmin partiyaların 6-nın sədri dünyasının dəyişib. Onlardan ikisinin partiya üzvləri hesabatı təqdim etsələr də, sədrin imzası olmadığından qəbul edilməyib. Digər siyasi partiyalarla isə əlaqə saxlamaq mümkün olmayıb.

Mərkəzi Seçki Komissiyasında bələdiyyə seçkilərinə hazırlıq işləri də müzakirə olunub.

Bələdiyyə seçkiləri bu il dekabrın 27-də keçiriləcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler