Mariya Zaxarova erməni jurnalistə: "Məni qorxutmayın"Bölmə: MANŞET
Erməni jurnalistin Rusiya Xarici İşlər Nazirliyində keçirilən brifinqində verdiyi suala nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova fərqli reaksiya verib. Xalqinfo.az ONA-ya istinadən xəbər verir ki, Ermənistan mediasını təmsil edən jurnalist Dağlıq Qarabağda qondarma qurumun keçirdiyi “təhlükəsizlik şurası”nın iclasında özünü katib adlandıran şəxsin üçtərəfli sazişin imzalanması təklifi ilə çıxış etməsinə Rusiya XİN-nin münasibətini soruşub. M.Zaxarova erməni jurnalist məlum sualı səsləndirərkən "məni qorxutmayın" deyərək reaksiya verib. Daha sonra o, Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirak edib-etməməsinin mümkünlüyü barədə suala artıq cavab verdiyini və Rusiyanın bu mövqeyinin sualda qaldırılan məsələyə də aid olduğunu vurğulayıb. |
XƏBƏR LENTİ
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|