» » Prezident zəlzələ ilə bağlı tapşırıq verdi:

Prezident zəlzələ ilə bağlı tapşırıq verdi: Nazir açıqladı

Bölmə: MANŞET
Prezident zəlzələ ilə bağlı tapşırıq verdi:



Fövqəladə Hallar Naziirliyi fevralın 5-də saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə, İsmayıllı rayonu ərazisində, 8 km dərinlikdə baş verən zəlzələ ilə bağlı məlumat yayıb.

Nazirlikdən Xalqinfo.az -a verilən məlumatda qeyd olunub ki, zəlzələ episentirdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub. Fevralın 6-da səhər saatlarında Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, nazirliyin digər rəhbər şəxsləri və mütəxəssislər zəlzələnin nəticələrinin araşdırılması məqsədilə bölgəyə gediblər.

***

Zəlzələ ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin “112” Çağrı Mərkəzinə 4 rayon üzrə 73 müraciət daxil olub.

Report-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

O bildirib ki, zəlzələ zamanı heç bir ölüm hadisəsi olmayıb:

"Yalnız 3 nəfər həyəcanlanıb, hadisə yerindən uzaqlaşmaq istəyərkən xəsarət alıb. Onlardan ikisinin ayağı, digərinin isə qolu sınıb. Hazırda həmin şəxslərin müalicəsi davam edir. Ümumiyyətlə, belə təbii fəlakət zamanı fəsadların cüzi, itkinin isə olmaması yaxşı haldır. Heç bir evdə böyük uçqun halı qeydə alınmayıb. Yalnız evlərin divarlarında, yəni içəridən və çöldən çatlar və dağıntılar olub".

Nazirin sözlərinə görə, Prezident İlham Əliyev zəlzələnin fəsadlarının araşdırılması və aradan qaldırılması ilə bağlı tapşırıq verib:

"Ölkə başçısının tapşırığına əsasən, rayon Fövqəladə Hallar Komissiyası ilə birlikdə Ağsu, İsmayıllı və Şamaxı rayonlarında işlər aparılacaq. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondunun könüllüləri bu işdə yaxından iştirak edəcəklər. Şamaxı sakinləri bu hadisəni böyük təşvişlə qarşılamayıblar, çünki buna ehtiyac da yox idi. Əhali qorxmadan yanaşıb. Rayon icra hakimiyyətinin əməkdaşları da sakinlərə vaxtında kömək edib və lazımi yerlərdə yerləşdirməyə şərait yaradıblar.

Qəzalı vəziyyətdə olan evlərin sakinləri başqa evlərdə müvəqqəti yerləşdiriləcək. Evlərin təmir bərpa işlərinin aparılması üçün dövlət tərəfindən yardım olunacaq".

Qeyd edək ki, AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi ilk olaraq Ağsu rayonunda 4,4 (saat 23:19), ardınca İsmayıllı rayonunda 6 (23:31), ardınca yenə Ağsuda 3,4 maqnituda gücündə (23:37) zəlzələnin baş verməsi barədə məlumat yayıb. Yeraltı təkanlar Pirqulu stansiyasından müvafiq olaraq, 7 km cənubda, 11 km cənub-qərbdə və 8 km qərbdə qeydə alınıb.

ETSN-in məlumatına görə, İsmayıllıda 23:2- və 23:32 olmaqla, iki ardıcıl təkan qeydə alınıb və ikinci təkanlar daha uzunmüddətli olub.

Yeraltı təkanlar Bakı, Neftçala, Saatlı, Bərdə, Mingəçevir və Şəkidə 3 bal, Göyçayda 4 bal, Şamaxı və İsmayıllı şəhərində 4-5 bal hiss edilib.

Zəlzələ zamanı Şamaxı rayonunda dağıntılar baş verib. Nəticədə 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler