» » Zakir Fərəcov hesabat verdi

Zakir Fərəcov hesabat verdi

Bölmə: MANŞET
Zakir Fərəcov hesabat verdi





Fevralın 5-də Sumqayıtdakı Kimyaçı Mədəniyyət Sarayında şəhərin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

Xalqinfo.AZ xəbər verir ki, yığıncaqda Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun ötən ilin yekunlarına dair hesabat məruzəsi dinlənilib. Diqqətə çatdırılıb ki, ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsi olaraq Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında əhəmiyyətli irəliləyişlər əldə edilib.

2018-ci ildə ümumi məhsul istehsalı 2017-ci illə müqayisədə 35 faiz və ya 520 milyon manat artaraq 2 milyard manatdan çox olub. Sənaye müəssisələrində 1 milyard 300 milyon manatlıq məhsul istehsal edilib ki, bu da əvvəlki dövrlə müqayisədə 20 faiz artım deməkdir.

Zakir Fərəcov bildirib ki, hesabat dövründə fəaliyyətə başlamış müəssisələrdə 500 yeni iş yeri yaradılıb. O, bütün bunları Azərbaycan Prezidentinin ölkəmizdə müəyyənləşdirdiyi kursa uyğun olaraq reallaşdırılan sənayeləşmə siyasətinin uğuru kimi dəyərləndirib.

Məruzədə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası dövründə, yəni son 5 ildə şəhərdə ümumi məhsul istehsalının 2,6, sənaye məhsulu istehsalının 2,9, investisiya qoyuluşunun 3,5 dəfə artdığı, 32 min 819 yeni iş yerinin yaradıldığı, 2955 yeni istehsal sahəsinin fəaliyyətə başladığı diqqətə çatdırılıb.

Sonra geniş fikir mübadiləsi aparılıb, çıxışlar dinlənilib. Çıxışlarda 2018-ci ildə görülən işlər haqqında məlumat verilib, nailiyyətlərlə yanaşı, problemlər də araşdırılıb, onların həlli ilə bağlı təkliflər irəli sürülüb.

Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler