Parlamentin komissiyalarının yeni tərkibi SİYAHIBölmə: MANŞET
Azərbaycan Milli Məclisinin İntizam komissiyasının və Hesablayıcı komissiyasının yeni tərkibi təsdiq edilib. Xalqinfo.az -ın xəbərinə görə, bununla bağlı məsələ parlamentin 2019-cu il yaz sessiyasının ilk plenar iclasında müzakirəyə çıxarılıb. İntizam Komissiyasının tərkibinə Ağacan Abıyev, Məlahət İbrahimqızı, Xanlar Fətiyev, Mirkazım Kazımov, Səttar Möhbalıyev, Fazil Mustafa ilə yanaşı, yeni üzvlər - Malik Həsənov, Sevinc Hüseynova, Hikmət Məmmədov, Pərvin Kazımzadə, Fəzail İbrahimli də daxil edilib. Kamran Nəbizadə komissiyanın tərkibindən çıxarılıb. Xatırladaq ki, qanunvericiliyə edilən dəyişikliyə əsasən, İntizam komissiyasının üzvlərinin sayı 7-dən 11-ə artırılıb. Qanunverici orqanın Hesablayıcı komissiyasının isə tərkibi dəyişməyib. Komissiyaya Fəttah Heydərov, Qüdrət Həsənquliyev, Xanhüseyn Kazımlı, Rafael Hüseynov, Zahid Oruc, Mixail Zabelin və Sədaqət Vəliyeva daxildir. |
XƏBƏR LENTİ
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|