» » Əliyev-Paşinyan görüşü Davos Forumunun ən mühüm hadisələri siyahısında

Əliyev-Paşinyan görüşü Davos Forumunun ən mühüm hadisələri siyahısında

Bölmə: MANŞET
Əliyev-Paşinyan görüşü Davos Forumunun ən mühüm hadisələri siyahısında



Davos Dünya İqtisadi Forumunun təşkilatçıları Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın 1,5 saatlıq qeyri-rəsmi görüşünü builki Forumun başlıca hadisələri sırasına daxil ediblər.

Bu barədə Dünya İqtisadi Forumunun rəsmi saytında yerləşdirilən məlumatda deyilir. 2019-cu ilin Davos Forumunda dünyaya təsir edən 33 mühüm hadisənin sadalandığı siyahıya Azərbaycan və Ermənistan liderlərinin görüşü də salınıb.

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılan danışıqların inkişafı üçün Azərbaycan Prezidenti və Ermənistan baş naziri Dünya İqtisadi Forumu zamanı görüş imkanından istifadə etdilər” - Forumun rəsmi saytında vurğulanıb.

Azvision.az xatırladır ki, yanvarın 22-də Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın sayca 3-cü qeyri-rəsmi görüşü baş tutub. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin cari vəziyyəti müzakirə edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler