» » 2018-ci ildə tibb sahəsinin kəşfləri

2018-ci ildə tibb sahəsinin kəşfləri

Bölmə: MANŞET
2018-ci ildə tibb sahəsinin kəşfləri




2018-ci ildə tibb sahəsində bir sıra kəşflər edilib.

e-tibb.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, əsas kəşflərdən biri insanların nə qədər üz cizgisini yadda saxlaması ilə bağlıdır. Bununla bağlı 18 yaşdan 61 yaşa kimi insanların iştirakı ilə mütəxəssislər tərəfindən araşdırma aparılıb. Araşdırma nəticəsində məlum olub ki, bir insan 5000-ə yaxın üzü tanıya, yadda saxlaya bilir.

İkinci önəmli yenilik insan sinirlərinin yaddaşı ilə əlaqədardır. Alimlərin fikrinə görə, yaxşı yeməyin harada yeyildiyinə dair sinirlərin yaddaşı var. Çünki beyin birbaşa bağırsaqla bağlıdır, yəni bağırsaq beyinə bu barədə məlumat verir. Eksperimentlər hələlik gəmiricilərin üzərində keçirilib. Amma təxmin edilir ki, insanlarda da bu tipli proseslər gedir.

Üçüncü mühüm yenilik xərçəng xəstəliyi ilə bağlıdır. Ötən il alimlərin apardığı araşdırmalara görə, bəzi ribonuklein turşuları xərçəng hüceyrələrini öldürür. İndiyədək bunun mexanizmi aydın olmasa da, 2018-ci ildə həlli tapılıb. Nəticələrə görə, hüceyrələrin DNK tərkibində mutasiya baş verir, hüceyrənin tərkibində olan gen mutasiyaya məruz qaldıqda hüceyrənin özünü öldürür. Alimlər bildirirlər ki, bu mexanizmin tətbiqi nəticəsində xərçəng xəstəliyi ilə mübarizə aparmaq mümkün olacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler