» » Baş nazir iki yerin adını ofşor siyahısından çıxardı

Baş nazir iki yerin adını ofşor siyahısından çıxardı

Bölmə: MANŞET
Baş nazir iki yerin adını ofşor siyahısından çıxardı





Azərbaycan Nazirlər Kabineti “Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin səhmdarı ola bilməyən şəxslərin qeydiyyata alındığı ofşor zonaların Siyahısı”nın təsdiq edilməsi barədə” qərarda dəyişiklik edib.



Xalqinfo.az -ın məlumatına görə, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.



Qərarla Nauru və ABŞ Virgin adalarının adları “Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin səhmdarı ola bilməyən şəxslərin qeydiyyata alındığı ofşor zonaların Siyahısı”ndan çıxarılıb.



Hazırda həmin siyahı belədir:



1. Anqila.

2. Antiqua və Barbuda.

3. Aruba.

4. Baham adaları.

5. Beliz.

6. Kuk adaları.

7. Qrenada.

8. Maldiv adaları.

9. Antill (Niderland).

10. Panama.

11. Samoa.

12. Sent-Kits və Nevis.

13. Seyşel.

14. Turk və Kaykos.

15. Vanuatu.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler