» » Prezident onlara general rütbəsi verdi

Prezident onlara general rütbəsi verdi

Bölmə: MANŞET
Prezident onlara general rütbəsi verdi






Prezident İlham Əliyev Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Xalqinfo.az xəbər verir ki, ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Ceyhun Əkbər oğlu Həsənova ədliyyə general-leytenantı ali xüsusi rütbəsi verilib.

Penitensiar xidməti rəisinin müavinləri Məhərrəm Allahverdi oğlu Qafarova və Oqtay İlyas oğlu Məmmədova ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilib.

Nazirliyin aşağıdakı əməkdaşları isə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi ilə təltif olunublar:

Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Adil Fazil oğlu Əbilov

Bələdiyyələrlə iş mərkəzinin rəisi Zahir Məmməd oğlu Əlizadə

İcra baş idarəsinin rəisi Nurəddin Yusif oğlu Mustafayev.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler