Azərbaycanda güclü qar yağacaq- Hazırlıqlı olunBölmə: MANŞET
![]() Noyabrın 24-nə gözlənilən hava haqqında məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Şimal küləyi 15-20 m/s, gecə və səhər arabir 25-30 m/s-dək güclənəcək. Temperaturun gecə və gündüz 4-7° isti, Bakıda gecə və gündüz 5-7° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 767 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % təşkil edəcək. Naxçıvan Muxtar Respublikasında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15-18 m/s-dək güclənəcək. Temperaturun gecə 0-5° şaxta, bəzi yerlərdə 3° isti, gündüz 4-9° isti olacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi 10-15 m/s, gecə və səhər ayrı-ayrı yerlərdə arabir 25-28 m/s-dək güclənəcək. Temperatur gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti təşkil edəcək. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi 10-15 m/s, ayrı-ayrı yerlərdə arabir 25-28 m/s-dək güclənəcək. Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti olacağı gözlənilir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi 10-15 m/s, gecə və səhər ayrı-ayrı yerlərdə arabir 25-28 m/s-dək güclənəcək. Temperatur gecə 0-5° şaxta, gündüz 1-6° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta təşkil edəcək. Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi 10-15 m/s, ayrı-ayrı yerlərdə arabir 25-28 m/s-dək güclənəcək. Temperaturun gecə 0-5° isti, gündüz 5-9° isti olacağı gözlənilir. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Şimal küləyi 10-15 m/s, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Temperatur gecə 4-6° isti, gündüz 6-8° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 0-5° isti təşkil edəcək. |
XƏBƏR LENTİ
15.02.19 12:58 | Nazir tələbə təqaüdlərinin artırılmasından DANIŞDI
15.02.19 12:56 | Prezidentin çıxışlarındakı mühüm mesajlar -
"Vətəndaş", "dövlət", "biz", "xidmət", "islahat"...
"Vətəndaş", "dövlət", "biz", "xidmət", "islahat"...
14.02.19 23:45 | Quranı pulla oxumaq: olar, ya olmaz?
14.02.19 23:33 | Birinci vitse-prezident “İmamzadə”də - FOTOLAR
14.02.19 23:20 | Azərbaycanda yeni xəbər agentliyi fəaliyyətə başlayır -
təsisçisi Vüsalə Mahirqızıdır
təsisçisi Vüsalə Mahirqızıdır
14.02.19 23:07 | Nazirlik təhsil ekspertinin açdığı liseyə lisenziya vermədi –
5 aydı yollarda qalmışam
5 aydı yollarda qalmışam
14.02.19 23:04 | 9-cu sinif şagirdi 2000 avroya görə beynəlxalq yarışa QATILA BİLMİR
14.02.19 23:02 | İlham Əliyevdən ali məktəblərlə bağlı mühüm qərar
14.02.19 22:59 | Birinci vitse-prezident Gəncəyə səfər edib
13.02.19 22:39 | Mehriban Əliyeva prezidentin səfərindən video paylaşdı -
“İnsanların sevgisi...” +Video
“İnsanların sevgisi...” +Video
13.02.19 22:34 | Beyləqan sakinlərinin İlham Əliyevlə dialoqu:
“Bizdən Mehriban xanıma da çoxlu salam apar”
“Bizdən Mehriban xanıma da çoxlu salam apar”
13.02.19 22:26 | Nazirliyin açıqlaması kökündən YALANDIR:
“Heyvanlar noyabr deyil, dekabrda verilib”
“Heyvanlar noyabr deyil, dekabrda verilib”
|