» » Mübariz Mənsimov Türkiyə gündəmində- 50 milyonluq təyyarəsi ilə

Mübariz Mənsimov Türkiyə gündəmində- 50 milyonluq təyyarəsi ilə

Bölmə: MANŞET
Mübariz Mənsimov Türkiyə gündəmində- 50 milyonluq təyyarəsi ilə
Onun təyyarəsi 11 min kilometr məsafəyə birbaşa uça bilir


Türkiyədə hazırda 100 ədəd özəl reaktiv təyyarə var.

“qafqazinfo” rekord.az-a istinadən xəbər verir ki, “business-jet”lərin sayı son 7 ildə iki dəfə artıb.

Təyyarələrin orta “yaşı” 8 ildir, onlardan ən yeniləri restoranlar kralı Ferit Şahenkə (“Gulfstream” G280 və G550) və azərbaycanlı milyarder, “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimova (“Falcon 2000EX”) məxsusdu.
Mübariz Mənsimov Türkiyə gündəmində- 50 milyonluq təyyarəsi ilə
Mənsimovun təyyarəsi həmçinin dayanmadan ən uzağa uça bilən “business-jet”lərdən sayılır. Onun təyyarəsi 11 min kilometr məsafəyə birbaşa uça bilir. Ən uzağa uça bilən isə Ferit Şahenkin “Gulfsteam”idi - 12 min 501 kilometr. Türkiyə zənginlərinə məxsus özəl jetlərin orta qiyməti 20 milyon dollara yaxındı.

Lakin Mübariz Mənsimov da daxil olmaqla, bəzi zənginlərin təyyarələrinin dəyəri orta qiymətdən iki-üç dəfə yuxarıdı. Məsələn, Mənsimovun “Falcon”u 50 milyon dollar qiymətindədi. Onun təyyarəsi “Palmali” holdinqinə daxil olan “Palmali jet” təyyarə kirayələmə şirkətində qeydiyyatdadı.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler