» » Zakir Həsənov Müdafiə Nazirliyinin Hərb Oyunları Mərkəzində olub - FOTOSESSİYA

Zakir Həsənov Müdafiə Nazirliyinin Hərb Oyunları Mərkəzində olub - FOTOSESSİYA

Bölmə: MANŞET
Zakir Həsənov Müdafiə Nazirliyinin Hərb Oyunları Mərkəzində olub - FOTOSESSİYAAzərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Müdafiə Nazirliyinin Hərb Oyunları Mərkəzində olub.

Xalqinfo.az apa-ya istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin rəhbərliyi, Silahlı Qüvvələrin növləri və qoşun qismləri komandanları, birlik komandirləri və qərargah rəislərinin iştirakı ilə keçirilən tədbirdə Mərkəzin vəzifələri və məqsədi barədə məlumat verilib.

Bildirilib ki, Mərkəzin əsas məqsədi strateji, əməliyyat-strateji və taktiki səviyyələrdə, həmçinin bölük və tağım komandirləri də daxil olmaqla, müasir döyüş və manevr imkanları, relyef və iqlim şəraiti nəzərə alınmaqla, keyfiyyət və kəmiyyət baxımından qərarların qəbul edilməsi və dəqiqləşdirilməsi məsələlərinin öyrənilməsi üzrə zabitlərin hazırlanmasıdır.

Müdafiə Nazirliyinin rəhbərliyi Mərkəzin əməliyyat və təhlil, komandanlıq və idarəetmə sisteminin trenajorları, birləşmiş münaqişə və taktiki simulyasiya, o cümlədən yardımçı bölmələri ilə tanış olub və Mərkəzin fəaliyyəti ilə maraqlanıb.

Sonda müdafiə naziri Silahlı Qüvvələrdə komanda-qərargah məşqləri və təlimlərin keçirilməsi, birlik və birləşmə səviyyəsində zabitlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə müasir və yüksək texnologiyalı kompüter proqramlarının tətbiqi, təlimlərin sayının artırılması, həmçinin təlimlərdə bütün döyüş hesabatlarının simulyasiya sistemi vasitəsilə yoxlanılması barədə müvafiq göstəriş və tapşırıqlarını verib.

Zakir Həsənov Müdafiə Nazirliyinin Hərb Oyunları Mərkəzində olub - FOTOSESSİYAZakir Həsənov Müdafiə Nazirliyinin Hərb Oyunları Mərkəzində olub - FOTOSESSİYA

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler