» » Dağlıq Qarabağın Azərbaycanlı İcmasından “Azadlıq” radiosuna ETİRAZ

Dağlıq Qarabağın Azərbaycanlı İcmasından “Azadlıq” radiosuna ETİRAZ

Bölmə: MANŞET
Dağlıq Qarabağın Azərbaycanlı İcmasından “Azadlıq” radiosuna ETİRAZ “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının üzvləri adından “Azadlıq” radiosunun rəsmi saytında 2014-cü il 27 oktyabr tarixində dərc olunmuş "İki Azərbaycan vətəndaşı Dağlıq Qarabağda məhkəmə qarşısındadır" adlı materialla bağlı “Azadlıq”a etiraz məktubu göndərərək, bizim də mövqeyimizin saytda dərc olunması xahiş edilib. Obyektlivlikdən və qərəzsizlikdən danışan “Azadlıq” radiosunun saytında mövqeyimiz indiyədək dərc olunmayıb”.
Bunu Milli Məclisin deputatı, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü Rövşən Rzayev təmsil etdiyi qurumun mövqeyini ifadə edərkən bildirib.

Deputat modern.az-a bildirib ki, radionun rəhbərliyinə edilmiş çoxsaylı zənglər ya cavabsız qalıb, ya da “Azadlıq”ın Azərbaycan üzrə rəhbəri və hazırda Praqada yaşayan Kənan Kazımoğlunun "metrodayam", "mənlik bir şey yoxdu, rəhbərliyə məlumatı göndərmişəm" kimi cavablari ilə müşayiət olunub.

“Demokratik dəyərlər, obyektivlik və qərəzsizlik prinsiplərindən danışan “Azadlıq” radiosunun belə davranışı Azərbaycana qarşı ikili standartların tətbiq olunduğunu bir daha təsdiq edir. "Qarşı tərəfin fikrini dərc etməyə hazırıq" prizmasından məsələlərə "yanaşan" radio bu davranışı ilə təbliğ etdiyi "dəyərlərə" sadiqliyini sübut etmiş oldu. Birtərəfli qaydada müəyyən dairələrin sifarişi əsasında Azərbaycana qarşı qarayaxma kampaniyasının önündə gedən “Azadlıq” radiosunun bu fəaliyyəti eləcə də peşəkar jurnalistika prinsiplərindən kənardır”-deyə R.Rzayev qeyd edib.

Dağlıq Qarabağın Azərbaycanlı İcması hesab edir ki, birtərəfli qaydada belə bir xəbərin verilməsi Azərbaycanın işğal edilmiş ərazilərindən yaradılmış qondarma rejimin təbliğinə və separatizmin, etnik təmizləmənin təşviqinə xidmət edir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler