» » Ebola virusunun 20 milyon il yaşı var - İDDİA

Ebola virusunun 20 milyon il yaşı var - İDDİA

Bölmə: MANŞET
Ebola virusunun 20 milyon il yaşı var - İDDİAEbola virusu ilə bağlı hər bir informasiya elm adamları üçün son dərəcə əhəmiyyətlidir. Ebola qızdırması yüksək dərəcədə yoluxucu olması və virusa yoluxanların arasında ölüm hallarının çox olması ilə fərqlənir. Hazırda Ebolaya qarşı vaksin üzərində iş davam edir.
Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, tədqiqatçılar filoviruslar qrupundan olan Ebola virusunun quruluşunu öyrəniblər. Məlum olub ki, ən ölümcül viruslardan birinin inkişaf tarixi təqribən 20 milyon ili əhatə edir. Virusun ibtidai forması Miotsen dövründə əmələ gəlib.
Bu məlumatlar insanabənzər meymunların genotiplərinin analizi zamanı müəyyən olunub. Məlum olub ki, bu heyvanların DNT-sində dəyişikliklər hələ 16-23 milyon il əvvəl filoviruslardan birinin müdaxiləsi nəticəsində baş verib.
Əvvəllər alimlər güman edirdilər ki, Ebola virusu 10 min il əvvəl yaranıb, lakin Ebolanın strukturunun açılmasına və ona qarşı vaksin axtarışına yönələn iş bu virusun qəribə tarixini nümayiş etdirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler