» » Qalmaqallı yazının müəllifi Azərbaycandan üzr istədi

Qalmaqallı yazının müəllifi Azərbaycandan üzr istədi

Bölmə: MANŞET, GÜNDƏM
Qalmaqallı yazının müəllifi Azərbaycandan üzr istədi
Xəbər verdiyimiz kimi, Türkiyənin “Sabah” qəzetinin köşə yazarı Mövlud Tezel “Qarabağ”-“Atletiko” oyununa həsr etdiyi “Ezik kareoqrafi” adlı köşəsində azarkeşlərin hazırladığı plakatı təhqir edib.

O, tərəfdarların A4 kağızına “Qarabağ” yazmalarını futbol tarixində ən əzik, ən fakir, ən gülməli görüntü adlandırıb. Yazarın məsələyə bu cür yanaşması Azərbaycanda tənqidlərə səbəb olub. Yazıyla bağlı sosial şəbəkədə ciddi müzakirələr aparılıb. Bundan sonra Tezelin yazısı qəzetin saytından silinib.

“Xalqinfo” xəbər verir ki, qalmaqallı yazının müəllifi M.Tezel sosial şəbəkədə Azərbaycan xalqından üzr istəyib:

“Diqqətli oxusanız, yazımın bu xoreoqrafiya haqqında əyləncəli bir şərh olduğunun şahidi olarsınız. Azərbaycan və Qarabağ xalqını incitdimsə, üzr istəyirəm”.

Qalmaqallı yazının müəllifi Azərbaycandan üzr istədi

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler