» » İlham Əliyevlə Sarkisyan təkbətək görüşdü- Fotolar+Yenilənib

İlham Əliyevlə Sarkisyan təkbətək görüşdü- Fotolar+Yenilənib

Bölmə: MANŞET
İlham Əliyevlə Sarkisyan təkbətək görüşdü- Fotolar+Yenilənib
Bu barədə Ermənistan prezidentinin mətbuat katibi Arman Saqatelyan öz “Twitter” səhifəsində yazıb


Parisdə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə görüşü başlayıb.

“Xalqinfo”nun APA-ya istinadən məlumatına görə, bu barədə Ermənistan prezidentinin mətbuat katibi Arman Saqatelyan “Twitter” səhifəsində yazıb.

Qeyd edək ki, bu görüşdən əvvəl Fransa prezidenti Fransua Ollandın Yelisey sarayında Azərbaycan və Ermənistan prezidentləri ilə ayrı-ayrılıqda görüşləri olub.

Bu gün Bakı vaxtı ilə saat 22:00-da isə üç ölkənin prezidentlərinin birgə görüşü baş tutacaq.

İki saat davam edəcəyi planlaşdırılan görüşdən sonra rəsmi şam yeməyi olacaq.

***

Parisdə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın təkbətək görüşü olub.

APA-nın məlumatına görə, bu barədə Ermənistan prezidentinin mətbuat katibi Arman Saqatelyan öz “Twitter” səhifəsində yazıb.

Qeyd edək ki, bundan əvvəl prezidentlərin Minsk Qrupunun həmsədrləri İqor Popov, Pyer Andriye və Ceyms Uorlikin iştirakı ilə birgə görüş baş tutub.

***

Oktyabrın 27-də Parisdə Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistan prezidenti Serj Sarkisyanın ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə görüşü olub.

“qafqazinfo” xəbər verir ki, bu barədə president.az saytı məlumat yayıb.

Xəbərdə qeyd olunub ki, sonra Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib.

***

Görüşlərdən sonra Fransa Prezidenti Fransua Olland tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti Serj Sarkisyanın şərəfinə şam yeməyi verilib.

İlham Əliyevlə Sarkisyan təkbətək görüşdü- Fotolar+Yenilənib
İlham Əliyevlə Sarkisyan təkbətək görüşdü- Fotolar+Yenilənib
İlham Əliyevlə Sarkisyan təkbətək görüşdü- Fotolar+Yenilənib

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler