» » Rövnəq Abdullayev AFFA-da “at” oynadan bacıları işdən kənarlaşdırıb?


Rövnəq Abdullayev AFFA-da “at” oynadan bacıları işdən kənarlaşdırıb?

Bölmə: MANŞET, GÜNDƏM
Rövnəq Abdullayev AFFA-da “at” oynadan bacıları işdən kənarlaşdırıb?
Bir müddət öncə Azərbaycan Futbol Federasiyaları Assosasiyasında (AFFA) “at” oynadan Xanım və Sevinc Hseynova bacıları barədə mətbuatda geniş məlumat verilmişdi.

Əldə etdiyimiz məlumata görə, məsələ geniş şəkildə ictimailəşdiyindən bu, AFFA-nın prezidenti Rövnəq Abdullayevin də diqqətini cəlb edib.

Məsələyə kəskin etiraz edən AFFA prezidenti belə halların yolverilməzliyini, bunun AFFA kimi nüfuzlu bir qurumun imicinə böyük zərbə olduğunu bildirib. Bundan sonra o, məsələnin araşdırlmasına, bacıların işdən kənarlaşdırılmasına göstəriş verib.

Məlumata görə, bacılar məzuniyyət adı ilə işdən kənarlaşdırılıblar. Məlumatı dəqiqləşdirmək üçün Modern.az-ın əməkdaşı AFFA-nın mətbuat katibi Mikayıl Nərimanoğlu ilə əlaqə saxlayıb.

AFFA rəsmisi Xanım və Sevinc adlı bacıların işdən azad olunduğu barədə yayılan məlumatlar barədə bunları deyib.

“Mən hazırda məzuniyyətdəyəm. Səhv etmirəmsə, hazırda da onlar məzuniyyətdədir. Onların heç biri işdən azad olunmayıb. Məzuniyyətlərini tam başa vurduqdan sonra yenidən işə qayıdacaqlar”.

Qeyd edək ki, bir müddət əvvəl mətbuatda iki bacının AFFA-da “at” oynatdığı barədə geniş məlumatlar yer almışdı.

Hətta bu xanımların - Xanım və Sevinc adlı bacıların qurumda baş katib vəzifəsində çalışan Elxan Məmmədova xüsusi yaxınlıqları olduğu da qeyd edilirdi. Ölkə mətbuatı məsələ ilə bağlı geniş açıqlama gözləsə də, AFFA sanki bu hadisələr olmayıb kimi davrandı.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler