» » Əhməd Davudoğlu: "Yaşasın Türkiyə Azərbaycan dostluğu"

Əhməd Davudoğlu: "Yaşasın Türkiyə Azərbaycan dostluğu"

Bölmə: MANŞET
Əhməd Davudoğlu:  "Yaşasın Türkiyə Azərbaycan dostluğu"Türkiyənin baş naziri Əhməd Davudoğlu Trans Anadolu Təbii qaz Boru Kəməri Layihəsi, ana xətt borularının alış müqaviləsinin imza mərasimində cıxış edib. Layihənin daha bir mərhələsinin qüvvəyə qoyulmasından xoşbəxt olduğunu bildirən Davudoğlu bir çox ölkədə problemlərin yaşandığı halda, Türkiyə və Azərbaycanın bölgədə inkişaf edən ölkələr olduğunu vurğulayıb.

Layihə ilə ilk etapda 16 milyard kubmetr təbii qaz daşınacağını bildirən baş nazir daha sonra bunun 22-24 və 32 kubmetrə qədər artacağını qeyd edib. O, həmçinin, 2019-cu ildən başlayaraq Avropaya qaz ixracının başlayacağını söyləyib.

Türkiyə və Azərbaycanın bir-birini tamamlayan iki ölkə olduğunu ifadə edən Davudoğlu layihənin Qafqaz və Balkan regionu arasında körpü olacağını qeyd edib: "Coğrafiyamız enerji patensialımız bir birini tamamlayır. Yaşasın Türkiyə Azərbaycan dostluğu".
Danışıqlardan sonra tərəflər arasında müqavilə imzalanıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler