» » Prezident əyləncə mərkəzinin açılışında- Yenilənib

Prezident əyləncə mərkəzinin açılışında- Yenilənib

Bölmə: MANŞET
Prezident əyləncə mərkəzinin açılışında- Yenilənib
Bu gün prezident İlham Əliyev Xırdalan şəhərinə səfər edib


“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, dövlət başçısı Heydər Əliyevin Xırdalan şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Prezident İlham Əliyevə son vaxtlar şəhərdə və rayonda görülən işlər barədə məlumat verib.

***

Prezident İlham Əliyev həmçinin Xırdalan şəhərində yaradılan “Park Abşeron” əyləncə mərkəzinin açılışında iştirak edib.

Artıq ölkəmizin regionlarında da əhalinin istirahətinin təşkili istiqamətində mühüm layihələr həyata keçirilir. Xırdalanda yaradılan yeni “Park Abşeron” əyləncə mərkəzi də öz dizaynına, memarlıq quruluşuna görə şəhərin simasına xüsusi yaraşıq verir. İndi Xırdalan şəhərinin mənzərəsinin maraqlı elementinə çevrilən bu modern əyləncə mərkəzində yaradılan şəraitdən məqsəd ilk növbədə insanların mənalı istirahətini təşkil etmək, onlara mənəvi zövq yaşatmaqdır. Beləliklə, Xırdalan şəhərində daha bir maraqlı ticarət və istirahət məkanı bundan sonra sakinlərin istifadəsində olacaq.

Dövlət başçısına məlumat verilib ki, 1400 kvadratmetr ərazisi olan əyləncə mərkəzində buz meydançası yaradılıb. Bu da həm uşaqlar, həm də gənclər üçün maraqlı istirahət imkanı yaradır. Bundan əlavə, mərkəzdə 3D sinema, kafe, 3D tir otağı, boulinq zalı fəaliyyət göstərir. Yay kafesinin də olduğu mərkəzdə yerli əhalinin və qonaqların istirahətinin təşkili üçün bütün imkanlar var.

***

İlham Əliyev Xırdalan şəhərindəki Bayraq Meydanında olub.

Dövlət başçısına məlumat verilib ki, bayraq dirəyinin hündürlüyü 65 metrdir. Bayrağın sahəsi isə 200 kvadratmetr təşkil edir. Burada müxtəlif video görüntülərin nümayiş etdirilməsi üçün böyük monitor da quraşdırılıb

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler