» » İcra başçısı Qurban Qurbanov həbs olundu

İcra başçısı Qurban Qurbanov həbs olundu

Bölmə: MANŞET
İcra başçısı Qurban Qurbanov həbs olundu
Dağıstan Muxtar Respublikası Dərbənd Rayon İcra Hakimiyyətinin azərbaycanlı başçısı Qurban Qurbanov saxlanılıb.

Publika.az-ın məlumatına görə, icra başçısı vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur. İddia olunur ki, Q.Qurbanov 2009-2013-cü illər ərzində dövlətin balansında olan 58 hektar torpaq sahəsini qeyri-qanuni olaraq vətəndaşlara icarəyə verib.

Qeyd edək ki, Q.Qurbanovun saxlanılması gözlənilən idi. Belə ki, bu il iyulun 23-də Dağıstan rəhbəri Ramazan Abdulatipov dövlət televiziyası ilə çıxış edərək Qurban Qurbanovu istefaya çağırmışdı. Buna etiraz olaraq 1000-ə yaxın azərbaycanlı icra hakimiyyəti binasının qarşısına toplaşaraq etiraz aksiyası keçirmişdi. Q.Qurbanov “mənə 47 min insan səs verib, mənim istefa vermək fikrim yoxdur”, - deyə cavab vermişdi.

Ardınca avqustun 8-də Dağıstan Daxili İşlər Nazirliyinin İqtisadi Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin maskalı əməkdaşları Dərbənd Rayon İcra Hakimiyyətinin binasına basqın etdi. Əməliyyat zamanı son 7 ilin bütün sənədləri müsadirə edildi.

Avqustun 11-də isə Dağıstan Hesablama Palatası icra hakimiyyətinə gələrək Qurban Qurbanovun fəaliyyətini araşdırmağa başladı.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler