» » “Ermənistan rejimi birbaşa məsuliyyət daşıyır”-İlham Əliyev

“Ermənistan rejimi birbaşa məsuliyyət daşıyır”-İlham Əliyev

Bölmə: MANŞET
“Ermənistan rejimi birbaşa məsuliyyət daşıyır”-İlham Əliyev“Ermənistan rejimi birbaşa məsuliyyət daşıyır”-İlham Əliyev
“Təəssüf olsun ki, Xəzər zonasında regional təhlükəsizlik üçün başlıca hədə Ermənistanın Azərbaycan qarşı həyata keçirdiyi işğalçı siyasətdir”.

Bunu Həştərxanda keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının IV sammitində Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı xatırladıb ki, Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağ və ona bitişik 7 rayon 20 ildən çoxdur ki, Ermənistanın işğalı altındadır:

“Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan çox insan qaçqın düşüb. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal altındakı ərazilərdən dərhal çıxarılması haqqında qətnamələr qəbul edib. Təəssüflər olsun ki, Ermənistan bu qətnamələri rədd etməyi davam etdirir və konflikt həll olunmamış qalır. Münaqişə dünya ictimaiyyəti tərəfindən tanınan beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır”.

Prezident bəyan edib ki, Ermənistanda mövcud olan diktatura rejimi müasir dünyanın həqiqətlərini ayıq qiymətləndirə və beynəlxalq hüququn normalarını adekvat qəbul edə bilmir: “Öz cəmiyyətində dövlət səviyyəsində Azərbaycana qarşı nifrət yaratmaqla və Dağlıq Qarabağ münaqişəsini dinlərarası konflikt kimi xarakterizə etməklə, Ermənistan rejimi münaqişənin uzanmasına görə birbaşa məsuliyyət daşıyır”.

Qeyd edək ki, Həştərxanda keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə hökumətlərarası beştərəfli sazişlər imzalanıb.

Xəzəryanı dövlətlərin müvafiq nazirlikləri tərəfindən Xəzər dənizinin hidrometeorologiyası sahəsində əməkdaşlıq Sazişi, Xəzər dənizində fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş, Xəzər dənizinin su bioloji resurslarının qorunması və onlardan rasional istifadə olunması haqqında Saziş imzalanıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler