» » Şeyxin adamları zəvvarları aldadıb - Etiraz

Şeyxin adamları zəvvarları aldadıb - Etiraz

Bölmə: MANŞET
Şeyxin adamları zəvvarları aldadıb - Etiraz

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların sonuncu qrupu Səudiyyə Ərəbistanına yola salınıb. Həcc mövsümünün başlaması ilə əlaqədar dünyanın hər yerindən zəvvarlar müqəddəs Məkkə şəhərinə yola düşüblər. Azərbaycandan gedən ilk zəvvar qrupu isə sentyabrın 23-də Bakını tərk edərək Ciddəyə yola düşüb.


Azərbaycanlı zəvvarların bir çoxu artıq bir neçə gündür Məkkədədirlər və ziyarətgahları gəziblər. "Qafqazinfo" xəbər verir ki, Məkkədəki azərbaycanlı zəvvarlardan musavat.com-a verilən məlumata görə, zəvvarların böyük əksəriyyəti artıq otellərə yerləşiblər. Ancaq hər il olduğu kimi, bu il də Həcc səfəri ilə bağlı müəyyən narazılıqlar var.

Bizə verilən bilgiyə görə, QMİ zəvvarları miqata aparmayıb. Zəvvarlara Bakı hava limanında niyyət etdirərək, Ciddədə ehram bağladıblar. Qeyd edək ki, həcc səfəri zamanı Məkkəyə çatan zəvvarların gəldikləri istiqamətdən asılı olaraq Məkkəyə çatmamış müəyyən məntəqələrdə həccin xüsusi geyimi olan ehram bağlaması qaydası var. Hazırda yalnız şiələr bu qaydaya riayət edərək Məkkənin qədimdən mövcud olan giriş məntəqələrinə gedərək ehram bağlayırlar. Ancaq keçən il olduğu kimi,bu il də QMİ mollaları zəvvarlara niyyət etdirərək Ciddədə ehram bağladıblar. Halbuki QMİ rəsmiləri arzu edənlərin miqata aparılacağını bildirmişdi.

Bundan başqa zəvvarların bildirdiyinə görə, bu dəfə də Məkkəyə gələn zəvvarlar gündüz vaxtı, üstüqapalı avtobuslarda gətiriliblər. Halbuki kişilərin gündüz vaxtı Məkkəyə yalnız günəş altında, heç bir gündən qorunacaq vasitə olmadan gəlməsi şərtdir. Bu şərt pozulduqda isə kəffarə (cərimə) olaraq zəvvar qurban kəsməlidir. Ancaq QMİ nümayəndələri bu şərtləri bildikləri halda zəvvarları gündüz vaxtı avtobuslarla Məkkəyə gətiriblər. Bu isə dini hökmləri, həcc qaydalarını bilən zəvvarların etirazlarına səbəb olub.

Zəvvarların daha bir narazılığı isə yeməklərlə bağlıdır. Hər il olduğu kimi bu dəfə də zəvvarların qaldığı otellərdə yemək xeyli dərəcədə keyfiyyətsiz olub. Bu isə ciddi narazılığa səbəb olub. Hətta bizə çatan məlumata görə, son 3 gündə bir sıra otellərdə zəvvarlar yeməyi otelin bufetində deyil, şəhərdəki yeməkxanalara gedərək orda yeyirlər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler