» » “Çox yaxşı rəhbəriniz var” - Jirinovski + Fotolar

“Çox yaxşı rəhbəriniz var” - Jirinovski + Fotolar

Bölmə: MANŞET
“Çox yaxşı rəhbəriniz var” - Jirinovski + Fotolar
"Azərbaycan heyrətamiz ölkədir, Bakı isə çox gözəl şəhərdir"


"Qafqazinfo" Trendə istinadən xəbər verir ki, bunu Rusiya Liberal Demokrat Partiyasının (LDPR) sədri Vladimir Jirinovski Bakıya səfəri çərçivəsində deyib. Azərbaycanda rus dilinin qorunması haqqında suala cavab verən rusiyalı siyasətçi deyib ki, bu ölkədə rus dilinin belə qorunması gözəldir.

LDPR sədri bildirib: "Azərbaycana ilk dəfə gəlirəm, daha əvvəl burada olmamışam. Mənim təəssüratlarım çox gözəldir, gözəl ölkəniz, çox yaxşı rəhbəriniz var".

Azərbaycanda rus dilinin qorunması haqqında sualı cavablandıran V. Jironovski qeyd edib ki, ölkədə bununla bağlı vəziyyət çox gözəldir, rus məktəblərinin sayının daha da çox olmasını istərdik.

Bakıda səfərdə olan V.Jirinovski bu gün 23 saylı orta məktəbə baş çəkib.

***

Vladimir Jirinovski bu gün həmçinin Bakı Slavyan Universitetində olub.

AzərTAc xəbər verir ki, universitetin müəllim və tələbələri ilə görüşən V.Jirionovski Azərbaycanda rus dilinə yaxşı diqqət göstərildiyini deyərək Bakı Slavyan Universitetinin fəaliyyət göstərməsindən şad olduğunu bildirdi. O, həmçinin vurğuladı ki, Azərbaycanda rus dilinin öyrənilməsi, eyni zamanda, rus mədəniyyətinin öyrənilməsi deməkdir.

V.Jirinovski görüşdə tələbələrlə ünsiyyət quraraq rus ədəbiyyatı ilə bağlı müzakirələr aparıb. Rus ədəbiyyatı əsərlərindən tələbələrə suallar verən deputat onların cavablarına müasirlik kontekstindən baxışını təqdim edib.

“Çox yaxşı rəhbəriniz var” - Jirinovski + Fotolar
“Çox yaxşı rəhbəriniz var” - Jirinovski + Fotolar
“Çox yaxşı rəhbəriniz var” - Jirinovski + Fotolar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler