» » “Google” Amerikaya işləyir - Assanc

“Google” Amerikaya işləyir - Assanc

Bölmə: MANŞET
“Google” Amerikaya işləyir - Assanc
“WikiLeaks”in qurucusu belə bir bəyanatla çıxış edib
“WikiLeaks”in qurucusu Culian Assanc “Nə vaxt “Google” “WikiLeaks”lə görüşdü” kitabından söhbət açarkən deyib ki, “Google” Amerikanın tam nəzarətində olan bir şəbəkədir. Bu şəbəkə vasitəsi ilə ABŞ dünyada gedən prosesləri və maraq doğuran insanları yaxından izləmək imkanı əldə edir. Bu barədə o, Rusiyanın “RT” kanalına eksklüziv müsahibəsində deyib.

Sözügedən kitabda bildirilir ki, “Google”nin rəhbərliyi bütün səviyyələrdə ABŞ hökuməti ilə birlikdə işləyir. Onlar arasında ciddi əlaqələr qurulub. Onun sözlərinə görə sabiq dövlət katibi Hillari Klintonun köməkçisi Cared Koen hazırda “Google İdeas” layihəsinə başçılıq edir. Bu kimi əlaqələrdən Amerika hökuməti yüksək səviyyədə yararlanır. “Google” ilə ABŞ hökuməti arasında artıq 10 ildən çoxdur ki, sıx münasibət formalaşıb.

Onun sözlərinə,görə 2002-ci ildə Amerika Milli Təhlükəsizlik Agentliyi ilə “Google” arasında rəsmi müqavilə imzalanıb. Həmin müqaviləyə əsasən ABŞ üçün gərəkli hesab olunan bütün informasiyalar “Google”dən götürülür.

Culian Assanc bildirib ki, insanlar haqqında bilgilər toplamaq “Google” üçün çox önəmlidir. Bu kimi informasiyalardan “Google” qazancının 80 faizini əldə edir.

Qeyd edək ki, Avstraliya vətəndaşı olan Culian Assanc 2012-ci ildən Ekvadorun Londondakı səfirliyinə sığınıb və hələ də orada yaşayır. Və elə bu kimi informasiyalar yaydığına görə ABŞ onu həbs etməyə çalışır. musavat.com

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler