» » Azərbaycanda “Bilik Günü”dür

Azərbaycanda “Bilik Günü”dür

Bölmə: MANŞET
Azərbaycanda “Bilik Günü”dür
Bu gün Azərbaycanda “Bilik Günü”dür


“Xalqinfo”nun məlumatına görə, Təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, “Bilik günü”ndə ilk dərs ümumtəhsil müəssisələrinin V-XI siniflərində "Mənim Vətənim - doğma yurdum" mövzusuna həsr olunacaq.

Həmin mövzuda keçirilən dərslərdə Heydər Əliyevin Vətən və xalq qarşısında müstəsna xidmətlərinin izahına, Azərbaycanın dövlət rəmzləri haqqında şagirdlərin biliklərinin möhkəmləndirilməsinə, onlarda respublikanın, eləcə də yaşadıqları ərazinin flora və faunası, tarixi və mədəni abidələri, görkəmli şəxsiyyətləri, ölkəmizin dünya birliyində mövqeyi, son dövrlərdə qazandığı nailiyyətlər, Vətən uğrunda şəhid olmuş qəhrəmanlar barədə məlumatların artırılmasına xüsusi diqqət yetiriləcək.

Qeyd edək ki, bu tədris ilində Azərbaycanda 139 min nəfərdən çox uşaq birinci sinfə gedir.Qafqazinfo

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler