» » Xalq artistinin qızı boşanmasından danışdı- “Peşman deyiləm...”

Xalq artistinin qızı boşanmasından danışdı- “Peşman deyiləm...”

Bölmə: MANŞET
Xalq artistinin qızı boşanmasından danışdı- “Peşman deyiləm...”
Xalq artisti Flora Kərimova qızı Zümrüdün boşanmasından danışıb. “Qafqazinfo”nun məlumatına görə, xalq artisti “Onlar” verilişinə açıqlamasında qızının onun təkidi ilə ailə qurduğunu bildirib:


“Qızım o evə gəlin kimi yox, övlad kimi getdi. Çox nigaran idim ki, o ev onu gəlin kimi, yoxsa ikinci qızı kimi qəbul edəcək. Qudam Tərlan xanıma çox təşəkkür edirəm. Əvvəl tanış, sonra dost, daha sonra qohum olduq. Qohumluğumuz qismət olmadı, dostluğumuz isə qalıb. Qızım dedi ki, ana sənə nə qədər ağır olsa da, səbr elə. Jurnalistər də bu boşanmanı çox müzakirə etmədilər, analığıma hörmət etdilər. Təşəkkür edirəm. İki insan idi, xasiyyətləri düz gəlmədi, ayrıldılar. Deyirlər övladları olmadığı üçün boşanıblar. Qızımın bətnində 4 aylıq övladı tələf oldu. Bunlar səbəb deyil. Onlar valideynlərin təkidi ilə ailə qurdular”.

Xalq artistinin qızı Zümrüd də boşanmasından söhbət açıb:

“Biz iki müstəqil insan qərar verib boşandıq. Biz ağılsız insanlar deyilik. Peşman deyiləm ki, o şəxslə ailə qurmuşam. Ona xoşbəxtlik arzu edirəm”.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler