» » Misir Mərdanovun xalası oğlu işdən çıxarıldı

Misir Mərdanovun xalası oğlu işdən çıxarıldı

Bölmə: MANŞET
Misir Mərdanovun xalası oğlu işdən çıxarıldı
Hələ ki, eks-nazirin qohumunun yerinə təyinat olmayıb


Misir Mərdanovun xalası oğlu, Pişəvəri adına Respublika Humanitar Fənnlər Gimnaziyasının direktoru Novruz Dəmirov işdən azad olunub.

“Qafqazinfo”ya gimnaziyadan daxil olan məlumata görə, Novruz Dəmirov iki gündür işdən çıxarılıb.

Hələ ki, eks-nazirin qohumunun yerinə təyinat olmayıb.

***

Təhsil Nazirliyi Novruz Dəmirovun işdən azad olunması ilə bağlı "Qafqazinfo"nun sorğusunu cavablandırıb. Nazirliyin açıqlamasında bildirilir ki, Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının direktoru Novruz Dəmirov öz ərizəsinə əsasən işdən azad olunub.

***
“İşdən ayrılmaq məsələm doğrudur, amma hələ ki, işimdəyəm, əmr gözləyirəm”.

Bunu AzVision.az-a açıqlamasında işdən azad olunduğu deyilən Pişəvəri adına Respublika Humanitar Fənnlər Gimnaziyasının direktoru Novruz Dəmirov deyib.

Direktor işdən öz xahişi ilə ayrıldığını bildirib.

“İşdən ayrılmaq üçün ərizə ilə Təhsil Nazirliyinə müraciət etmişəm. Ancaq işdən azad olunmağımla bağlı əmr verilməyib. Öz xahişim ilə işdən ayırlmaq istəyirəm”.

Sabiq təhsil naziri Misir Mərdanovla qohum olması haqda yayılan məlumata aydınlıq gətirən Novruz Dəmirov bu məsələnin mənasız olduğunu qeyd edib.

“Öz şəxsi istəyimlə işdən ayrılıram. Bunun Misir Mərdanovla və digərləri ilə bağlı heç bir əlaqəsi yoxdur. Həmin informasiyaların məsələyə heç bir aidiyyatı yoxdu”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler