» » Bakının məşhur restoranında dava- 8 yaralı+Yenilənib

Bakının məşhur restoranında dava- 8 yaralı+Yenilənib

Bölmə: MANŞET
Bakının məşhur restoranında dava- 8 yaralı+Yenilənib
Həmin şəxslər restoranda qarşılarına çıxan bütün stolları çeviriblər


Bakının məşhur restoranlarından birində-“Oazis”də dava düşüb.

Restoranda olan hadisə şahidlərindən “Qafqazinfo”ya verilən məlumata görə, dava ad günü qeyd edən bir ailənin yaxınları arasında başlayıb.

Mühafizəçilər yaranan insidenti sakitləşdirsələr də, 20 dəqiqədən sonra ara yenidən qarışıb. Bu dəfə həmin şəxslər restoranda qarşılarına çıxan bütün stolları çeviriblər. Bundan sonra “qəhrəmanlar” restoran xidmətçilərini və mühafizəçiləri də döyməyə başlayıblar.

Ən azı iki nəfərin bıçaqlanaraq yaralandığı bildirilir.

Restorandakı vəziyyət o həddə çatıb ki, insanlar qorxaraq mətbəxə qaçıblar.

***

Lent.az-ın məlumatına görə, müştərilərlə restoranın mühafizəçiləri arasında baş verən insident zamanı 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Restorana müştəri kimi gələn 8-9 nəfərlik qrup sərxoş olduqdan sonra digər müştəriləri narahat etməyə başlayıblar. Bu zaman restoranın müşahidəçiləri onlara mane olmağa çalışıblar və tərəflər arasında yaranan mübahisə kütləvi davaya çevrilib. Dava zamanı bıçaqlardan da istifadə edib. İlkin məlumata görə, 5 mühafizəçi və onlarla dalaşanlardan 3-ü xəsarət alıb. Xəsarət alanlar arasında bıçqlananlar da var. Yaralılar Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar.

Hadisə yerinə Binəqədi Rayon Polis İdarəsinin əməliyyat qrupu gəlib, araşdırma aparılır.

Dava salan şəxslər axtarılır.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler