» » Sumqayıtda 21 gün öncə oğurlanan körpə Bakıda tapılıb

Sumqayıtda 21 gün öncə oğurlanan körpə Bakıda tapılıb

Bölmə: MANŞET
Sumqayıtda 21 gün öncə oğurlanan körpə Bakıda tapılıb

Sumqayıt Şəhər Polis İdarəsindən verilən məlumata görə, avqustun 13-də oğurlanan 2 aylıq körpə ötən gün tapılıb.

Sumqayıt Şəhər Polis İdarəsi və Binəqədi Rayon Polis İdarəsinin birgə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurlanan körpə, 2014-cü il iyunun 6-da anadan olan Aylin Rasim qızı Əhmədli Binəqədi rayonu, 6-cı mikrorayon, ev 4a, mənzil 120-də tapılıb. Uşağı oğurlamaqda şübhəli bilinən 1968-ci il təvəllüdlü Xırda Əli qızı Babayeva saxlanılıb.

Qeyd edək ki, hadisə avqustun 13-də Sumqayıt şəhərində baş verib. Sumqayıt şəhəri, 29-cu kvartal, ev 11/16, mənzil 30 ünvanında yaşayan Aysel Əhmədovanın 2 aylıq körpəsi naməlum şəraitdə oğurlanıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler