» » Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Azərbaycan məktəbi təmir olundu

Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Azərbaycan məktəbi təmir olundu

Bölmə: MANŞET
Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Azərbaycan məktəbi təmir olundu
Heydər Əliyev Fondu daha bir humanist aksiyaya imza atıb. Moskvada fəaliyyət göstərən Kərim Kərimov adına 157 nömrəli Azərbaycan etnomədəni mənşəli məktəbin binası Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin dəstəyi ilə əsaslı təmir olunub.

"Xalqinfo"-nunn məlumatın agörə, məktəb təmirdən sonra qapılarını yenidən şagirdlərin üzünə açıb.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi Leyla Əliyevanın təşəbbüsü ilə məktəbdə abadlıq işləri aparılıb. Məktəbin idman və rəqs zalı tamamilə yenidən qurularaq şagirdlərin ixtiyarına verilib.

Kərim Kərimov adına 157 nömrəli məktəbdə azərbaycanlı şagirdlərlə yanaşı digər millətlərin nümayəndələri də təhsil alırlar.

Məktəb daimi olaraq Heydər Əliyev Fondunun qayğısı ilə əhatə olunur. Burada ümumi tədris proqramından əlavə şagirdlərə azərbaycan dili, tarixi və ədəbiyyatı da öyrədilir.

Bilik günü münasibətilə keçirilən tədbirdə məktəbin direktoru Elmira Sultanova şagirdləri, valideynləri təbrik edib.

Sonra ilk zəng vurulub və şagirdlər parta arxasında əyləşiblər.
AzərTAc

Şərh Yaz
ŞƏRH(1)

Vefa 27 oktyabr 2015 18:17
Çit          1

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler