» » Məktəbli formalarının qiyməti açıqlandı

Məktəbli formalarının qiyməti açıqlandı

Bölmə: MANŞET
Məktəbli formalarının qiyməti açıqlandı

Builki tədris mövsümündə məktəbli formalarının qiyməti dəyişməyəcək. Bunu virtualaz.org-a “Bakı Tikiş Evi” Açıq Səhmdar Cəmiyyətindən (ASC) bildiriblər. Qurumdan dedilər ki, məktəbli formalarının qiyməti 40 və 52 manat məbləğində müəyyənləşdirilib. Belə ki, ibtidai sinif şagirdləri üçün məktəbli dəstləri 40, yuxarı siniflər üçün isə 52 manatadır. Qiymətlərə köynəklər də daxildir.

Tikiş fabrikindən onu da qeyd etdilər ki, artıq fabrikin istehsal etdiyi formaların satışına başlanılıb.

Xatırladaq ki, əvvəlki illərdə məktəbli formalarının qiyməti ölçülərə görə dəyişirdi. Geyimlərin rəngi və modeli isə dəyişməyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler