» » Gənc müəllimlərin maaşı artırılı

Gənc müəllimlərin maaşı artırılı

Bölmə: MANŞET
Gənc müəllimlərin maaşı artırılı

Gənc müəllimlərə torpaq sahələrinin ayrılması və ipoteka kreditlərinin verilməsi üçün Təhsil Nazirliyi tərəfindən qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi ilə bağlı sənədlər hazırlanır
Təhsil Nazirliyi Nazirlər Kabinetinin qərarı ilə “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” qərarında edilən dəyişikliklərlə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən apa-ya verilən məlumatda bildirilir ki, dövlət sifarişi üzrə ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 il müddətində həmin təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc mütəxəssislərə kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün 60 (altmış) manat məbləğində kompensasiya veriləcək, rayon mərkəzlərindən 20 kilometrdən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan gənc mütəxəssislərə 3 il müddətində aylıq əmək haqqına ayda 100 (bir yüz) manat məbləğində əlavə ödəniləcək. Qeyd etmək lazımdır ki, dəyişikliklərdən əvvəl həmin vəsaitlərin həcmi müvafiq olaraq 40 və 70 manat təşkil edirdi. Rayon mərkəzindən 20 kilometrdən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan gənc mütəxəssislərə veriləcək kompensasiya və əlavənin ümumi miqdarı 160 manat olacaq.

Hazırda yeni işə başlayan müəllimin bir stavka (12 saat) dərs yükü üçün aylıq əmək haqqı 155 manat təşkil edir. Kompensasiya və stimullaşdırıcı tədbirlər də əlavə edilərsə, əmək haqqı 315 manat olacaq. Stavka artdıqca əmək haqqı da müvafiq olaraq artacaq. Kənd rayonlarında əmək fəaliyyətinə başlamaq üçün konkret iş yerlərinə göndəriş almış gənc mütəxəssislərə, həmçinin yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədi ilə əməkhaqqının iki misli həcmində birdəfəlik yardım da ödəniləcək. Ötən dərs ilində kənd məktəblərində 2552 yerə həvəsləndirmə tədbirləri tətbiq olunub ki, bu da bütün vakant yerlərin 78 faizini təşkil edir.

Gənc mütəxəssislərə daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılması və ipoteka kreditlərinin verilməsi sahəsində çətinliklərin aradan qaldırılması ilə əlaqədar Təhsil Nazirliyi tərəfindən qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi ilə bağlı sənədlər hazırlanır.

Müəllimlərin işə qəbulu qaydalarının şəffaflığı və obyektivliyi təmin etməsinin nəticəsidir ki, cari ilin iyul ayında keçirilmiş müsabiqədə 18 min nəfərədək müəllimin iştirak etməsinə baxmayaraq, nəticələrdən apelyasiya verən olmayıb. Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbulu üzrə aparılan tədbirlərin nəticəsidir ki, hazırda kənd məktəblərində pedaqoji kadrlara ehtiyac minimuma enib və son müsabiqədən sonra ölkə üzrə vakant müəllim yerlərinin sayı ümumi müəllim sayının 1 faizindən də aşağıdır. Halbuki, 7 il əvvəl ölkənin kənd məktəblərində 10 min müəllimə ehtiyac müəyyən edilib.

Hazırda ölkənin ümumi təhsil məktəblərində 143451 nəfər müəllim çalışır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler