Rusiyanın Azərbaycana silah satması Ermənistanı ciddi narahat edirBölmə: MANŞET
![]() Erməni Milli və Strateji Tədqiqatlar Mərkəzinin direktoru Manvel Sarkisyan Rusiyanın Azərbaycana silah satışının Ermənistan üçün xoş olmadığını bildirib Ölkə.Az modern.az-a istinadən xəbər verir ki, o tert.am saytına açıqlamasında mövzu barədə sualları şərh edib. Manvel Sarkisyan deyib ki, Ermənistan Rusiyanın Azərbaycana birtərəfli qaydada silah satışını dayandırmağa inandırmaq üçün üsul tapa bilmirsə, o zaman rəsmi Yerevan təhlükəsizliyin təminatı üçün başqa dövlətlərlə sıx münasibət yaratmalıdır. Ekspert söyləyib ki, Rusiya münaqişə regionuna silah satışını özünə rəva görsə də ATƏT-in Minsk Qrupunun digər həmsədr dövlətləri bu addımı qəbuledilməz hesab edirlər. M. Sərkisyan düşünür ki, proseslərin bu fonda cərəyan etməsi sonradan ciddi problemlər yaradır. “Nəticədə Rusiya öz təsirinin saxlanılması üçün əlavə mexanizmlər yaradır, öz istəyi ilə tarazlığı dəyişdirir. Əgər biz Rusiyanın silah satdığı bir ölkə ilə vuruşuruqsa,onda Rusiya ilə münasibətlərin qorunub saxlanılmasının nə mənası var? Əgər Azərbaycanı başqa ölkələr silahlandırsa, bu başqa məsələdir”, - deyə mərkəz direktoru qeyd edib. |
XƏBƏR LENTİ
12.12.19 01:15 | Elman Nəsirov: “Məni ittiham edən bəzi “psevdomedia” nümayəndələrinin nəzərinə çatdırıram ki…”
12.12.19 00:33 | Heydər Əliyevin vəfatından 16 il keçir
12.12.19 00:12 | Mehriban Əliyevadan Heydər Əliyevlə bağlı paylaşım
11.12.19 16:09 | İlham Əliyev Koreyanın Statistika Komitəsinin sədrini qəbul edib
11.12.19 15:29 | İcra başçısı “EuroHome”un sahibkarları ilə görüşür
11.12.19 15:18 | “Piyadalar işıqqaytarıcı geyimlərdən istifadə etsinlər”
11.12.19 15:00 | Deputat köməkçilərinin aqibəti necə olacaq?
11.12.19 14:32 | Sakit Okean Alyansı-Azərbaycan məsləhətləşmələrinə start verildi
11.12.19 14:15 | Əli Həsənov Fəxri Xiyabana gəldi
11.12.19 14:00 | Dövlət Departamenti, Lavrov və Azərbaycan xalçası
11.12.19 13:55 | Ramiz Mehdiyev iki institutun strukturunu dəyişdirdi
11.12.19 13:19 | Heydər Əliyev Fondu Oqtay Gülalıyevlə bağlı məlumat yaydı
11.12.19 13:08 | Qarabağ İcmasının sədri: Ermənistanın yalanlarına inanmırlar
11.12.19 13:06 | Avropa Birliyi Paşinyanın bəyanatını pisləyir
11.12.19 12:24 | Yeni ölkə yaranır: Əhali referendumda müstəqilliyi seçdi
11.12.19 11:49 | Nazir müavini şprislərlə bağlı xəbərlərdən danışdı
11.12.19 11:30 | Sabah bu yollar bağlanacaq
|