» » Mikayıl Cabbarovun istefası tələb olundu

Mikayıl Cabbarovun istefası tələb olundu

Bölmə: MANŞET
Mikayıl Cabbarovun istefası tələb olundu

Onlar təhsil nazirini yarıtmaz fəaliyyətinə görə istefa verməyə çağırdılar Dünən sayta müraciət edən bir qrup Gəncəli ziyalı təhsil naziri Mikayıl Cabbarova mətbuat vasitəsi ilə müraciət edərək, ona bir xeyli ağsaqqal tovsiyyəsi və məsləhətlər veriblər. Azerinews.tv JAM.AZ -a istinadən həmin müraciəti olduğu kimi oxuculara təqdim edir:
Hörmətli cənab Nazir ,məlum olduğu kimi, Azərbaycan təhsili çox bərbad gündədir.Bu müraciəti imzalayanların içərisində professor da var, elmlər doktoru da var, dosent də var, orta məktəb direktoru da var .Biz- hamımız təhsildə ,elm sahəsində uzun müddət işləmiş adamlarıq.Lakin təqiblərə görə mətbuat işçilərindən anonimliyimizin qorunmasını xahiş edirik.
Bizə çox maraqlıdır ,necə ola bilər ki, Azərbaycan təhsili təhsildən çox-çox uzaq olan bir nazir və onun komandası tərəfindən idarə olunur. Müəllimlərin aldığı 150-200 manat maaş onun heç bir tələbatını ödəmir, heç olmasa keçmiş nazir Misir Mərdanov bu barədə dəfələrlə öz çıxışlarında qeyd edirdi. Təhsil sistemini düzəltmək üçün, birinci növbədə müəllimlərin maaşlarının əsaslı şəkildə artırılmasına nail olmaq lazımdır. Bundan sonra pillə-pillə təhsilin digər problemlərinin həllinə nail olmaq olar. Hal-hazırda respublikamızın orta məktəblərində tədrisin səviyyəsi sıfır vəziyyətindədir. Universitetlərə qəbul olunan tələbələr repetitorların və xüsusi hazırlıq kurslarının zəhməti hesabınadır. Siz isə təhsilin səviyyəsini, keyfiyyətini qaldırmaq əvəzinə bu işdə səriştəniz olmadığına görə qanunlarımıza zidd, mənasız qaydalar icad edirsiniz:müəllimlərin and içdirilməsi, müəllimlərin qiymətləndirilməsi, dərs prosesinin uzadılması (əgər məktəblərdə dərs keçilmirsə, bu müddəti uzatmaq nə dərəcədə doğrudur?) Əgər qiymətləndirməkdirsə, ilk növbədə bir dövlət qulluqçusu kimi nazirlik aparatı işçilərinin fəaliyyəti qiymətləndirilməlidir. Bunu biz müəllimlər yox, Dövlət Qulluğu haqqında qanun belə tələb edir və yaxud da and içməkdirsə bir dövlət qulluqçusu kimi Təhsil Nazirliyinin aparat işçiləri and içsinlər. Onlar isə and içə bilməzlər, çünki nazirliyin aparatına cəlb edilmiş işçilərin əksəriyyəti ya dövlət qulluğunda heç vaxt çalışmamış, ya da ki, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın müsabiqə və müsahibəsindən keçməmiş adamlardır.

Siz vəzifəyə gələndən apardığınız kadr dəyişikliklərinə baxanda nazirlikdə işini bilən təcrübəli mütəxəssislərin təhsildən uzaqlaşdırıldığını görürük. Bu professional kadrların yerinə isə dövlət qulluğunda heç vaxt çalışmayan, heç bir təcrübəsi olmayan, təhsil sisteminə ümumiyyətlə bələd olmayan kadrlar Təhsil Nazirliyi aparatına gətirilmişdir. Gəlin, bunların bir neçəsini sadalayaq:

Nazir müavini Ceyhun Bayramov. Onun yaxından uzaqdan təhsilin idarə olunması ilə heç vaxt əlaqəsi və bağlılığı olmamışdır. Bu kadr dəyişikliyi dövlətdən təhsilə ayrılmış vəsaiti asan yolla mənimsəmə məqsədi daşıyır. Çünki, Ceyhun Bayramov ölkənin baş xəzinədarı Azər Bayramovun qardaşıdır. Eyni zamanda Ceyhun Bayramov Gədəbəy rayonundandır ,Sizin sinif yoldaşınız və dostunuzdur.

Aparat rəhbəri postuna gətirilən Mətin Eynullayev də təhsilin idarə olunması ilə əlaqədar heç bir təcrübəsi olmamış şəxsdir. Ən böyük vəzifəsi İçəri Şəhər Qoruğunda aparat rəhbəri olmuşdur. Bu təşkilat da mərkəzi icra hakimiyyəti orqanlarına aid olmayan bir təşkilatdır. Eyni zamanda, Mətin Eynullayev də Sizin sinif yoldaşınız olmuşdur.

Nazir köməkçisi vəzifəsinə təyin olunan Əlipaşa Zeynalov- tibb təhsili olan bir şəxsin bu vəzifəyə gətirilməsi heç ağlasığan iş deyil. Deyilənlərə görə, bu Əlipaşa kefi istəyəndə işə gəlir və işdə olduğu müddətdə saatlarla Sizin iş otağınızda olur.Əlipaşa Zeynalov hansı qabiliyyətinə görə Sizin üçün dəyərlidir ki, Bakı Dövlət Universitetinin rektoruna xidmət edə biləcək Toyota avolon markalı minik maşını onun xidməti istifadəsinə verilmişdir.

Nazir köməkçisi Anar Mahmudov İçərişəhər Qoruğunda köməkçiniz olmuş, eyni zamanda aparat rəhbəri Mətin Eynullayevin qaynıdır. Anar Mahmudovun vəzifəyə təyin edilməsində səriştəsizliklə yanaşı,qohumbazlıq prinsipi də əsas götürülmüşdür. Anar Mahmudovun xidməti istifadəsində də “Hunday Sonata” markalı bir minik maşını vardır ki, bu da onun tutduğu vəzifəyə uyğun deyildir. Onu da qeyd etmək lazımdır ki, Təhsil Nazirliyində nazir köməkçisi vəzifəsi heç bir mərkəzi icra hakimiyyətində analoqu olmayan bir vəzifədir,özü də nazirin bir yox, bir neçə köməkçisi vardır.

Sizin Təhsil Nazirliyinə cəlb etdiyiniz kadrlar ,əsasən, sinif yoldaşlarınız, tələbə yoldaşlarınız, keçmişdə çalışdığınız iş yoldaşlarınız, yaxın dostlarınız və onların qohumlarıdır. Siz kadr islahatı apararkən Dövlət Qulluğu haqqında qanunun bütün tələblərini pozubsuz. Belə ki, mərkəzi icra hakimiyyəti orqanlarına işçilərin qəbulu Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən təşkil olunan imtahan, müsahibə və müsabiqədən keçdikdən sonra təyin oluna bilər.

Aparılan kadr islahatlarından biri də xalanız oğlu Elnur Əliyevin nazirliyə əvvəl nazir köməkçisi, sonradan isə nazirlikdə şöbə müdiri vəzifəsi tutmaqla yanaşi Bakı Şəhəri Təhsil İdarəsi müdirinin birinci müavini vəzifəsinə təyin olunmasıdır.

Respublikamızda hal-hazırda ölkə başçısının sərəncamları və fərmanları ilə ölkənin ən yaxşı müəllimi adına layiq görülmüş, yüzlərlə təhsil sahəsində fəxri adlara layiq görülmüş pedaqoqlar olduğu halda, İçəri Şəhər Qoruğunun jek müdrinin bu cür böyük bir məsuliyyətli vəzifəyə təyin olunması çox təəccüblüdür. Görəsən bu jek müdiri müəllimlərə və peşəkar pedaqoqlara hansı ağıllı məsləhətləri verəcək? Elnur Əliyevin atası Aydın Əliyev bir neçə il bundan əvvəl işində yol verdiyi nöqsanlara görə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin təqdimatı əsasında Təhsil nazirinin əmrinə əsasən Gəncə Humanitar Kollecinin direktoru vəzifəsindən azad olunmuşdur. Siz isə pensiya yaşında olan Aydın Əliyevi Bakı Rabitə və Nəqliyyat Kollecinə direktor təyin etmisiz.

Nazirlikdə uzun illər baş məsləhətçi və hüquq sektorunun müdiri kimi çalışmış, həm də gənc kadr olan Elmir Həsənovun heç bir səbəb göstərilmədən vəzifəsi aşağı salınmış və onun əvəzinə təhsil qanunundan və qanunvericiliyindən xəbəri olmayan kadr gətirilmişdir.

Nazirliyin kadrlar şobəsinin rəisi Fərzəli Qədirovun vaxtı ilə keçmiş təhsil naziri Misir Mərdanov tərəfindən nazir müavini postuna namizədliyi bir neçə dəfə Prezident Administrasiyasına təqdim olunmuş və Prezident Administrasiyası tərəfindən dəstəklənməmişdir .Belə olduğu halda Fərzəli Qədirovun vəzifəsinin davam etdirməsi çox böyük suallar doğurur. İlk növbədə, qeyd etmək lazımdır ki, Fərzəli Qədirov təhsildə kadr siyasətini aparmasına baxmayaraq, özü təhsildə heç də sağlam kadr deyildir.

Danışdığının mahiyyətini bilməyən, səhv də olsa, düz də olsa rəhbərinə bəli deyən bir çənə mütəxəssisidir.

Sizin apardığıniz yarıtmaz kadr islahatlarından biri yerlipərəstlik ideyalarına sadiq qalaraq, əslən Gədəbəy rayonundan olan, Ulu Öndər Heydər Əliyevin prezidentliyi dövründə şəxsən Ulu Öndər tərəfindən orta məktəblər üçün nəşr olunmuş dərsliklərdə bağışlanmaz, çox ciddi və kobud səhvlərin aşkar olunması nəticəsində dərslik şobəsinin müdiri vəzifəsindən azad olunan Əsgər Quliyevin yenidən həmin şöbəyə şöbə müdirinin müavini vəzifəsinə gətirilməsidir.

Bir neçə müddət bundan öncə, ölkə başçısının sərəncamı ilə Gəncə Dövlət Universitetinə rektor təyin olunmuş Yadigar Əliyevi şantaj, böhtanla hədələyən Yusif Yusifov həmin universitetə rektor vəzifəsinə təyin olunmağa nail olmuşdur. Əslində Yadigar Əliyev təyin olunmamışdan əvvəl Yusif Yusifov rektor vəzifəsinə keçməyə çox cəhd göstərmişdir. Onun korrupsioner və həmin universitetdə rüşvətxorluğun başında durduğunu nəzərə alaraq rektor vəzifəsinə keçməsinin qarşısı alınmışdır. Bildiyiniz kimi, Yusif Yusifov Maliyyə Nazirliyində Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifovun qardaşıdır. Cavanşir Yusifov Maliyyə naziri Samir Şərifov və nazir müavini Azər Bayramovun sağ əlidir. Təhsil nazirinin müavini Ceyhun Bayramov, maliyyə nazirinin müavini Azər Bayramovun qardaşı olduğundan, bu dəfə məqsədlərinə nail ola bilmişlər. Gəncə Dövlət Universitetində şəffaflığın bərqərar olunmasını təmin etmək istəyən, korrupsiya və rüşvətxorluğun qarşının alınması üçün əməlli başlı iş başına keçən Yadigar Əliyev Sizin tərəfinizdən günbəgün qaralanaraq, işinə kölgə salınaraq, məcburi ərizəsi alınmış və Yusif Yusifov rektor təyin olunmuşdur. Burada Misir Mərdanovun atasına qəni-qəni rəhmət düşür. Misir Mərdanov şərtlər, nə olsada belə, nə Cavanşir Yusifovun qardaşı Yusif Yusifovun rektor təyin olunmasına, nə də Elnur Əliyevin atası pensiyaçı Aydın Əliyevin kollecə direktor təyin olunmasına imkan verməzdi.

Respublikanın bütün mətbuat orqanları Gəncə Dövlət Universitetindəki anarxiyadan, özbaşınalıqdan, demək olar ki, hər gün yazır, amma nədənsə, heç tükünüz də tərpənmir, rektor isə öz yaxın ətrafı ilə söhbət zamanı "Kim nə yazır yazsın. O reytinqi olmayan saytlarda gedən cızma-qaraları kimdir oxuyan? Buranın yiyəsı mənəm. Məni də cənab nazir müdafiə edir" ifadələrini işlədir.

Sizin GDU-da daha bir kadrınız tərbiyə işləri üzrə prorektor təyin etdiyiniz Asif Cavadovdur. Bu o Asif Cavadovdur ki, rüşvətxorluğuna görə vaxtilə vəzifədən qovulmuşdu. Asif Cavadov hələ 39 saylı Gəncə şəhər Kəpəz seçki dairəsində işləyən zaman prezident seçkiləri zamanı H.Əliyevin əleyhinə təbligat aparırdı. Həmin seçkilər vaxtı Lalə Şövkət hər dəfə Gəncəyə gələndə Asif müəllimin evində gecələyirdi. Maraqlıdır, Yusif Yusibov tərəfindən "Psixologiya" kafedrasına müdir təyin olunan Zümrüd Şirinovanı (Asif Cavadovun həyat yoldaşı) Lalə Şövkətlə hansı sıcaq münasibətlər bağlayır?

Dünən Heydər Əliyevin əleyhdarı olan bu şəxslər indi iqtidar cəbhəsindədir.... İnsan öz simasını nə qədər xamilyon parçalar kimi dəyişə bilər? Hal hazırda universitetdə çirkli pulların yığılmasına Asif Cavadov başçılıq edir. Çox hörmətli Prezidentimiz İlham Əliyev həmişə məmur özbaşınalığını qətiyyətlə pisləmişdir. Asif Cavadovun oğlu Amil Cavadov isə avtoşluq edərək Ağstafa rayonunda bir nəfəri maşınla öldürmüş, bir ailəni bədbəxt etmiş və 40000 manat verərək həbs olunmaqdan qurtarmışdır. Bu da məmur övladlarının daha bir özbaşınalığı.

Bizə və mətbuatdan məlumdur ki, Gəncədəki xüsusi nümayəndəniz Ceyhun Mirzə vasitəsilə, təzyiq edərək bəzi məktəb direktorlarına Gəncənin icra başçısı əleyhinə danos yazdırırsız. Biz Elmar Vəliyevi tərifləmək niyyətində deyilik.

Hörmətli cənab nazir, Siz heç bir elmi dərəcəsi olmayan, təhsil sisteminin incəliklərinə bələd olmayan bir nazirsiz. Təhsil sisteminə bələdçiliyiniz olmadığından, bu sistemin onurğa sütununu bilmədiyinizdən təhsilin daha səmərəli idarə olunmasına hardan və nədən başlamaq Sizin üçün çətindir . Siz, möhtərəm Prezidentimizin sizə göstərdiyi böyük etimadı doğrulda bilmədiniz. Ona görə də Azərbaycan təhsili naminə, xalqımızın övladlarının parlaq gələcəyi naminə istefa verməyinizi xahiş edirik.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler