» » Ermənistandan torpaq iddiası

Ermənistandan torpaq iddiası

Bölmə: MANŞET
Ermənistandan torpaq iddiası

Ermənilər Almaniyanın Bavariya ərazisinin tarixən ermənilərə məxsus olduğunu və bavarların mənşəcə erməni olmasını iddia edirlər.

Bu barədə erməni tarixçi Ruben Barents yeni çapdan çıxmış “Geosiyasət. Daxildən baxış” kitabında iddia edir. İrəvan Geosiyasi Klubunda müzakirəyə çıxarılmış kitabda müəllif yazır:

“Cavan olarkən, 1968-ci ildə Moskvada idim, paytaxtda “Ekspo 1968. Bavariya - torpaq və insanlar” sərgisi keçirilirdi. Bukletlərin birində Bavariyanın erməni mənşəyi barədə yazı aşkarladım. İllər keçməsinə baxmayaraq o sözlər yadımdan çıxmır. “Roma yerli erməni əhali ilə yaxşı münasibət qurmaq üçün Bavar adlı ermənini Bavariyaya prokurator təyin etdi”. Həmin yazını sonradan əldə etmək üçün cəhdlərim Almaniyada, eləcə də Bavariyanın özündə böyük müqavimətlə üzləşdi”, - deyə müəllif bildirir.

Erməni yazarın istinad etdiyi mənbənin nə qədər qeyri-ciddi olması göz qabağındadır. Bavariya barədə başqa məlumatlar var və qərb mənbələri bavarları hunların nəsli sayırlar. Bavariya arxivlərində 16-17-ci əsrlərə qədər evlərin “kupçisi” türk runa əlifbası ilə qədim türk dilində yazılıb. Bavarlar Osmanlı zamanına qədər evlərində türkcə danışıblar və yalnız Osmanlı zamanında türk dilini düşmən dinin (İslamın) dili sayaraq ondan imtina ediblər.

Ermənilərin bütün dünyada türk irsinə iddia etməsi artıq adətə çevrilib. Ermənilər hətta utanmadan Altay dağlarında türk hömdarın kurqanında tapılmış Pazırıq xalçasının Ermənistanda toxunduğunu iddia edirlər.
(anspress)

Şərh Yaz
ŞƏRH(1)

fexri 18 avqust 2014 12:32
Selam,sabahiniz xeyir
Çit          1

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler