» » Məktəbli formaları ilə bağlı

Məktəbli formaları ilə bağlı AÇIQLAMA

Bölmə: MANŞET
Məktəbli formaları ilə bağlı

“Ötən illərlə müqayisədə çox az saxtalaşdırma faktları aşkar olunub”
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti məktəb yaşlı uşaqlar üçün tikilən üst geyimlərinin - məktəbli formalarının standartların tələblərinə uyğunluğunu müəyyən etmək üçün monitorinqləri davam etdirir.

Bunu açıqlamasında komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyib. O bildirib ki, monitorinqlər yeni tədris ilinə kimi davam edəcək:

“Monitorinqlər zamanı ötən illərlə müqayisədə çox az saxtalaşdırma faktları aşkar olunub. Bunlar da ehtimal olunur ki, ötən illərdən qalma keyfiyyətsiz məktəbli formalarıdır. Həmin aşkarlanan məhsullar “Bakı Tikiş Evi” və “Bakı Tekstil Fabriki”nin əmtəə nişanlarını saxtalaşdıraraq onların loqolarından istifadə edərək öz məhsullarını satmağa cəhd ediblər. Onların satışının qarşısı alınıb”.

F.Talıblı əlavə edib ki, komitəyə regionlardan çoxsaylı müraciətlər daxil olmaqdadır:

“Regionlarda yaşayan valideynlər orada satılan məktəbli formalarının keyfiyyətindən narahatdırlar. Regionlarda, Sumqayıt şəhərində və Abşeron rayonunda məktəbli formalarının satışını həyata keçirən “Bakı Tekstil Fabriki”nin məhsulları satışdadır. Həmin müəssisədə məhsulların keyfiyyəti yoxlanılıb və müvafiq orqan tərəfindən uyğunluq sertifikatı ilə təmin edilib”.

Qeyd edək ki, məktəbli formaları Azərbaycana qüvvədə olan dövlətlərarası standart (QOST 25294-2003 “Məktəb yaşlı oğlan və qızlar üçün üst geyimləri” standartı) əsasında müəssisələr tərəfindən hazırlanıb və dövlət qeydiyyatına alınmış texniki şərtlərin tələbləri əsasında istehsal edilir. Texniki şərtlərdə məhsulun keyfiyyətinə olan məcburi tələblər, şagirdlər üçün dəstlərin xarici görünüşü və modelin təsviri əks olunmalıdır. Məhsulların laboratoriya sınaqları aparıldıqdan sonra normativ sənədlərin tələblərinə uyğunluğu təsdiq edilməli və komitə tərəfindən akkreditasiya olunmuş sertifikatlaşdırma orqanı tərəfindən sertifikatlaşdırılmalıdır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler