» » Soçidə Qarabağ müzakirə olunmur

Soçidə Qarabağ müzakirə olunmur

Bölmə: MANŞET
Soçidə Qarabağ müzakirə olunmur

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistan prezidentləri ilə görüşündə Dağlıq Qarabağ münaqişəsi müzakirəyə çıxarılmayacaq.

Bu barədə Rusiya dövlət başçısının saytında (www.kremlin.ru) belə göstərilib. Saytın Prezident Putinin avqustun 9-da keçirəcəyi görüşlərlə bağlı bölümündə Azərbaycan Prezidenti İlham Əliyevlə görüş zamanı ölkəmizlə iqtisadi əlaqələrin genişləndirilməsi, Serj Sərkisyanla isə bu ölkənin Avrasiya İqtisadi Birliyinə üzvlüyü məsələsinin gündəmə gətiriləcəyi göstərilib.

Müzakirəsi aparılacaq məsələlər sırasında Dağlıq Qarabağ probleminin adı bir kəlmədə belə keçmir.
Xatırladaq ki, Putinin təşəbbüsü ilə qısa müddətdə planlaşdırılan Soçi görüşündə əsas məqsədin Ermənistan-Azərbaycan təmas xəttində son günlər atəşkəsin ciddi şəkildə pozulması və hər iki tərəfin itkilərinin artması olduğu bildirilirdi. Hətta Rusiyanın Kremlə bağlı "Nezavisimaya qazeta” dərgisi Dağlıq Qarabağ ətrafındakı 5 rayonun Azərbaycana qaytarılma məsələsinin də Soçidə reallaşa biləcəyini şərh etmişdi
.(axar.az)

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler