» » "Ermənilər yalvarır ki, atəşi kəsin” - Zabit

"Ermənilər yalvarır ki, atəşi kəsin” - Zabit

Bölmə: MANŞET
"Ermənilər yalvarır ki, atəşi kəsin” - Zabit

"Erməni hərbçilər Azərbaycan tərəfinə atəşin kəsilməsi barədə yalvarırlar".

Bunu Trend-in cəbhə bölgəsinə ezam olunan əməkdaşına cəbhənin Ağdam istiqamətindəki hərbi hissələrdən birinin zabiti deyib.

Onun sözlərinə görə, son günlər erməni tərəfinin təşvişi müşahidə olunur: "Erməni hərbçilər Azərbaycan tərəfinə rus dilində səslənərək "xahiş edirik, atəşi kəsin" deyə yalvarırlar".

Zabit bildirib ki, atışma əsasən gecə saatlarında - saat 1:00-6:00 arasında olur: "Düşmənin bütün hücum və təxribatlarının qarşısı alınır. Düşmən tərəfi böyük itki versə də, onları gizlədir, düşmən tərəfində Azərbaycan hərbçiləri tərəfindən vurulmuş texnikalar müşahidə olunur".

Digər gizir və zabitlər bildiriblər ki, onlarda ruh yüksəkliyi var, döyüş əzmindədirlər və Ali Baş Komandanın əmrini gözləyirlər.

Onların sözlərinə görə, düşmən o qədər qorxuya düşüb ki, güllələri kor-təbii atırlar.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler