» » Erməni katolikosu Allahşükür Paşazadəyə məktub ünvanlayıb

Erməni katolikosu Allahşükür Paşazadəyə məktub ünvanlayıb

Bölmə: MANŞET
Erməni katolikosu Allahşükür Paşazadəyə məktub ünvanlayıb

Bütün ermənilərin katolikosu II Qareqin avqustun 5-də Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) Şeyxülislam Hacı Allahşükür Paşazadəyə məktub ünvanlayıb.

Qareqin məktubda Allahşükür Paşazadəni qoşunların təmas xəttində atəşkəs rejiminin qorunub saxlanılması üçün səy göstərməyə çağırıb.

Katolikos qeyd edib ki, atəşkəsin pozulması zəif, lakin baha başa gələn sülhə ciddi təhlükə yaradır.

“Biz hərbçilərin ölümü və sərhədyanı əhalinin dinc həyatının pozulması ilə müşayiət olunan gərgin vəziyyətdən çox narahatıq. İnsan həyatı müqəddəsdir, həyata olan haqq da müqəddəsdir və insan həyatına edilən təxribatlar yolverilməzdir. Hərbi əməliyyatlar Qarabağ münaqişəsinin beynəlxalq normalara əsaslanan dinc, danışıqlar yolu ilə həllinin alternativi ola bilməz”, deyə məktubda bildirilir.

//APA

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler