» » Şəhid olan 4 əsgərimizin adı açıqlandı.

Şəhid olan 4 əsgərimizin adı açıqlandı.

Bölmə: MANŞET
Şəhid olan 4 əsgərimizin adı açıqlandı.

Ermənilərin atəşkəsi pozması nəticəsində şəhid olan əsgərlərimizdən dördünün adı məlum olub. Bizimyol.info publika.az-a istinadən xəbər verir ki, şəhidlərimizdən biri Salyan rayon Seyidsadıqlı kənd sakini Məmmədov Səftər Əlihüseyn oğludur. Onun valideynlərinə oğullarının şəhid olması barədə məlumat verilib.

Şəhid olan əsgərlərdən biri Oğuz rayonundan hərbi xidmətə çağırılan Vüqar Poladov, digəri isə Elnur İbrahimovdur.

Şəhid olan hərbçilərimizdən daha birinin adı məlum olub. Bu haqda Millət Vəkili Qənirə Paşayeva məlumat yayıb: "Ermənistanla ön cəbhədə hərbi qulluqçusu, əsgər Əhmədov Qaryağdı Eldar oğlu şəhid olub. Şəhid qardaşımıza Allahdan rəhmət, yaxınlarına isə səbr diləyirik. Millətimizin başı sağ olsun ! İşğalçı Ermənistan isə Allahın lənətinə gəlsin".

Qeyd edək ki, Ermənistan silahlı birləşmələri ötən gecə cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozaraq Azərbaycan Ordusunun nəzarətində olan ərazilərə soxulmağa cəhd göstəriblər. Gedən şiddətli atışmalarda Azərbaycan Ordusunun 8 hərbçisi şəhid olub. İyulun 31-də saat 20.00 radələrində Ermənistan-Azərbaycan sərhədinin Qazax rayonu ərazisində düşmənlə döyüşdə Silahlı Qüvvələrin giziri, 1977-ci il təvəllüdlü, Qazax rayonundan hərbi xidmətə çağırılmış Almazov İsə Ziyad oğlu düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler