» » Artur Rasizadə qərar verdi.

Artur Rasizadə qərar verdi.

Bölmə: MANŞET
Artur Rasizadə qərar verdi.

Baş nazir Artur Rasizadə Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə qərar verib. Nazirlər Kabinetindən verilən məlumata görə, qərar "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun tətbiqi barədə prezidentin sərəncamının icrası məqsədi ilə verilib.

Qərara əsasən, taxılçılıq fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərində dövlət nəzarəti "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanuna uyğun olaraq həyata keçiriləcək. Baş nazirin imzaladığı qərarla İqtisadiyyat və Sənaye Nazirliyi taxıl məhsullarının insanın həyatı, sağlamlığı, dövlətin əmlak maraqları və ətraf mühitin təhlükəsizliyinin qorunmasını təmin edəcək standart və tələblərə uyğunluğuna nəzarət edəcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler