» » Bayram məzuniyyətinə gəlmiş əsgərin faciəsi

Bayram məzuniyyətinə gəlmiş əsgərin faciəsi

Bölmə: MANŞET
Bayram məzuniyyətinə gəlmiş əsgərin faciəsi

Kürdəmir rayonunda avtomobil qəzası baş verib, ölən və xəsarət alan var.

Hadisə Kürdəmir şəhərinin Babək küçəsində qeydə alınıb.

Rayon sakini, 1971-ci il təvəllüdlü Rzayev Baba Hüseynağa oğlu 10-BN-232 dövlət nömrə nişanlı, “QAZ 2410” markalı minik maşını ilə hərəkətdə olarkən qəflətən idarəetməni itirib və yolun kənarındakı səkidə hərəkət edən piyadanı - 1996-cı il təvəllüdlü Atayev Rəşadət Yaşar oğlunu vurub.

“N” saylı hərbi hissəsinin əsgəri olan Rəşadət Əsgərov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Maşın isə ağaca çırpılıb və sürücü Baba Rzayev müxtəlif dərəcəli bədən xəsarəti ilə Kürdəmir Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, mərhum əsgər Rəşadət Atayev 7 ay əvvəl hərbi xidmətə gedib. Bakı şəhərində hərbi xidmətdə olan əsgər Ramazan bayramı ilə əlaqədar yaşadığı rayona məzuniyyətə gəlibmiş.

Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler