» » Ermənilərin vurduğu gənc Bakıya gətirildi

Ermənilərin vurduğu gənc Bakıya gətirildi

Bölmə: MANŞET
Ermənilərin vurduğu gənc Bakıya gətirildi

Ötən gün axşam saatlarından başlayaraq yenə də Əlibəyli kəndində atəş səsləri eşidilib. Yerli sakinlərin sözlərinə görə, bu dəfəki atışma son günlər ərazindəki atışmalardan şiddətli olub.

ANS PRESS-in məlumatına görə, ermənilərin aramsız açdıqları atəş nəticəsində 2 kənd sakini yaralanıb. Bunlar 1997-ci il təvəllüdlü Fərid Məmmədov Nəbi oğlu və 52 yaşlı Anya Ələsgərovadır.

Fərid Məmmədov Bakıya gətirilib. Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, 17 yaşlı Fərid Məmmədov əməliyyat olunmaq üçün xüsusi ambulans helikopterlə Bakıya gətirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Xəstəxanadan verilən məlumata görə, hazırda o, əməliyyat olunur.
Güllə Fəridin burun nahiyyəsindən girərək çənəsində dayanıb.


Ermənilərin vurduğu gənc Bakıya gətirildi

Yaralanan Əlibəyli sakini Anya Ələkbərova isə həyətdə olarkən vurulduğunu deyib.
“Nəvələrimin ikisi də yanımda idi. Olardan birinin 5, digərinin 8 yaşı var. Atışma başlayanda dedim ki, gəlin gizlənək, deyəsən güclü atışma olacaq. Güllə nə vaxt mənə dəydi, bilmədim. Güllə qara ciyərimin üstündən dəyib”, deyə yaralı bildirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler